Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

News24 saytına istinadən Icma.az xəbər verir.

Ekspert deyir ki, əgər faiz dərəcəsi aşağı enərsə, qiymət artımına səbəb olmayacaq

Yeni dərs ilinin başlamasından sonra  da kirayə mənzil bazarında canlanma davam edir. Əmlak ekspertləri Bakının bəzi ərazilərində mövsümlə əlaqədar kirayə qiymətlərində 15-20 faizlik bahalaşmanın müşahidə edildiyini bildiriblər.

“Mənzilləri kirayəyə verərkən kirayə gəliri əldə edən şəxs uçota durmalıdır və gəlir vergisi bəyannaməsi verməlidir”. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı danışarkən bildirib. “Ancaq biz praktikada nəyi müşahidə edirik? Bu hallar uçota durmaq baxımından onlara çətinlik yaratdığından bir növ həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsində ləngimələrə gətirib çıxarır. Bu baxımdan belə bir şərait yaradılır ki, mənzilləri kirayəyə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə edə bilsinlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqdır”, - Baş İdarə rəisi əlavə edib.

Ancaq evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıb. Əgər evin sahibi hüquqi şəxsdirsə, kirayəçi fiziki şəxsin vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq kirayə haqqından ödəmə mənbəyində vergi tutulmur. Bu halda hüquqi şəxs olan evin sahibi kirayə haqqının 20 faizi məbləğində mənfəət vergisi ödəyir. Başqa sözlə, 400 manatın 80 manatını vergi olaraq ödəməli olacaq. Bir sözlə, evin kirayə verilməsinə görə vergi onun sahibinə çatacaq vəsait hesabına ödənməlidir. Lakin təcrübədə əksər hallarda tərəflər öz aralarında razılaşaraq vergidən yayınmağa çalışırlar. Aydın məsələdir ki, ev sahibi vergi ödəməli olacaqsa, bu, kirayə haqqına təsirsiz ötüşməyəcək.    

Məlumat üçün bildirək ki, oktyabr,  noyabr aylarında Bakıda kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə olunub. Xüsusilə tələb olunan mənzil növləri üzrə artım daha yüksək olub. Ümumi tendensiyalara əsasən, 1 otaqlı mənzillər ayda 250-400 AZN, 2 otaqlı mənzillər 400-700 AZN, 3 otaqlı mənzillər isə 600-1500 AZN arasında dəyişir.

Dəllallar bizimlə söhbətdə bildirib ki, oktyabr ayında qiymətlər nisbətən sabit olsa da, noyabrda artım daha çox özünü göstərib. Bunun səbəbləri kimi keçirilən beynəlxalq tədbirlər, iqtisadi inkişaf və Bakıya axının artması göstərilir. Eyni zamanda şəhər mərkəzində qiymətlərdə artım daha çox müşahidə olunur, mərkəzdən kənar ərazilərdə isə sabitlik qalır. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, böyük şəhərlərdə, xüsusilə Bakıda mövcud olan daşınmaz əmlakların böyük hissəsi kirayə verilmək məqsədilə alınır: “Kirayə verilən əmlaklar təkcə mənzillər deyil, həmçinin bütün daşınmaz əmlaklar sırasında olan qeyri-yaşayış obyektlərinin 90 faizdən artığı  müxtəlif şəxslərə kirayə verilir. Aylıq kirayə qiymətlərinə baxsaq, qiymətlərdə daima artım müşahidə olunur. Təkcə paytaxtda on minlərlə mənzil kirayə verilir ki, bu mənzillərdə qalanların böyük bir hissəsi tələbələr, bölgələrdən gələnlər, həmçinin paytaxt sakinlərinin özləridir. Əksər hallarda kirayə verilən mənzillər vergiyə cəlb olunmur. Buna əsas səbəb onların bağladıqları kirayə müqaviləsi alqı-satqı ofisləri tərəfindən bağlanmasıdır. Alqı-satqı ofisləri əgər rəsmi formada fəaliyyət göstərirsə, onlar öz əldə etdikləri gəlirdən vergi verirlər. Lakin mənzil sahibləri əldə etdikləri kirayə pullardan əksər hallarda vergi ödəmirlər. Buna müxtəlif səbəblər var. Səbəblərdən bəziləri vətəndaşların bir hissəsinin bundan məlumatsız olmasıdır. Məlumat olmadığına görə vergi uçotuna dayanmır və vergi ödəmirlər. Vergilərin 14 faizi kirayə verən və kirayə götürənin qarşılıqlı razılaşması əsasında öz aralarında müqavilə formasında bağlanılır. Bu müqavilə rəsmi hüquq daşımır.  Mənzil sahibi aldığı kirayə pulunun 14 faizini vergiyə ödəyərsə, bu, birmənalı olaraq kirayə mənzil bazarında yeni qiymət artımına gətirib çıxaracaq. Yəni kirayə mənzillərin aylıq kirayə qiymətlərində yeni qiymət artımına gətirib çıxaracaq”.

Ekspert əlavə edib ki, vətəndaşların bu sahəyə könüllü formada cəlb olunması üçün faiz dərəcəsinin aşağı düşməsi insanları bu sahəyə cəlb edə bilər: “Çünki bir vətəndaş mənzilini kirayə verib, gəlir əldə edib rəsmi olaraq vergi ödəyirsə, gələcəkdə bu şəxslər müxtəlif bank kreditlərindən öz gəlirlərini göstərib kreditlər əldə edə bilərlər, yaxud digər sahələrdən yararlana bilərlər. Həmçinin mənzil sahibləri kirayə götürdüyü mənzilin pulunu bank vasitəsilə qanuni formada ödəyirsə, gələcəkdə onlar da hər hansı bir əmlakın alınması ilə bağlı alətlərdən istifadə edə bilərlər, onların ödəmələrdəki gecikmələrinin olmaması kredit şərtlərindən yararlanmağa şərait yarada bilər. Bu sahədə vətəndaşlarla müxtəlif maarifləndirmə işləri aparmaq lazımdır. Əgər kütləvi surətdə vergiyə cəlb olunacaqlarsa, vergilərin 14 faiz yerində qalması kirayə mənzil bazarında qiymət artımına gətirib çıxara bilər. Təbii ki, əgər faiz dərəcəsi aşağı enərsə, bu, qiymət artımına səbəb ola bilməz”.

“Yeni Müsavat”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Noyabr 2024 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri