Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Yeni dərs ilinin başlamasından sonra da kirayə mənzil bazarında canlanma davam edir. Əmlak ekspertləri Bakının bəzi ərazilərində mövsümlə əlaqədar kirayə qiymətlərində 15-20 faizlik bahalaşmanın müşahidə edildiyini bildiriblər.

Ölkə.az xəbər verir ki, "Mənzilləri kirayəyə verərkən kirayə gəliri əldə edən şəxs uçota durmalıdır və gəlir vergisi bəyannaməsi verməlidir”. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı danışarkən bildirib.

"Ancaq biz praktikada nəyi müşahidə edirik? Bu hallar uçota durmaq baxımından onlara çətinlik yaratdığından bir növ həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsində ləngimələrə gətirib çıxarır. Bu baxımdan belə bir şərait yaradılır ki, mənzilləri kirayəyə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə edə bilsinlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqdır”, - Baş İdarə rəisi əlavə edib.

Ancaq evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıb. Əgər evin sahibi hüquqi şəxsdirsə, kirayəçi fiziki şəxsin vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq kirayə haqqından ödəmə mənbəyində vergi tutulmur. Bu halda hüquqi şəxs olan evin sahibi kirayə haqqının 20 faizi məbləğində mənfəət vergisi ödəyir. Başqa sözlə, 400 manatın 80 manatını vergi olaraq ödəməli olacaq. Bir sözlə, evin kirayə verilməsinə görə vergi onun sahibinə çatacaq vəsait hesabına ödənməlidir. Lakin təcrübədə əksər hallarda tərəflər öz aralarında razılaşaraq vergidən yayınmağa çalışırlar. Aydın məsələdir ki, ev sahibi vergi ödəməli olacaqsa, bu, kirayə haqqına təsirsiz ötüşməyəcək.    

Məlumat üçün bildirək ki, oktyabr,  noyabr aylarında Bakıda kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə olunub. Xüsusilə tələb olunan mənzil növləri üzrə artım daha yüksək olub. Ümumi tendensiyalara əsasən, 1 otaqlı mənzillər ayda 250-400 AZN, 2 otaqlı mənzillər 400-700 AZN, 3 otaqlı mənzillər isə 600-1500 AZN arasında dəyişir.

Dəllallar bizimlə söhbətdə bildirib ki, oktyabr ayında qiymətlər nisbətən sabit olsa da, noyabrda artım daha çox özünü göstərib. Bunun səbəbləri kimi keçirilən beynəlxalq tədbirlər, iqtisadi inkişaf və Bakıya axının artması göstərilir. Eyni zamanda şəhər mərkəzində qiymətlərdə artım daha çox müşahidə olunur, mərkəzdən kənar ərazilərdə isə sabitlik qalır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı "Yeni Müsavat”a deyib ki, böyük şəhərlərdə, xüsusilə Bakıda mövcud olan daşınmaz əmlakların böyük hissəsi kirayə verilmək məqsədilə alınır: 

"Kirayə verilən əmlaklar təkcə mənzillər deyil, həmçinin bütün daşınmaz əmlaklar sırasında olan qeyri-yaşayış obyektlərinin 90 faizdən artığı  müxtəlif şəxslərə kirayə verilir. Aylıq kirayə qiymətlərinə baxsaq, qiymətlərdə daima artım müşahidə olunur. Təkcə paytaxtda on minlərlə mənzil kirayə verilir ki, bu mənzillərdə qalanların böyük bir hissəsi tələbələr, bölgələrdən gələnlər, həmçinin paytaxt sakinlərinin özləridir. Əksər hallarda kirayə verilən mənzillər vergiyə cəlb olunmur. Buna əsas səbəb onların bağladıqları kirayə müqaviləsi alqı-satqı ofisləri tərəfindən bağlanmasıdır. Alqı-satqı ofisləri əgər rəsmi formada fəaliyyət göstərirsə, onlar öz əldə etdikləri gəlirdən vergi verirlər. Lakin mənzil sahibləri əldə etdikləri kirayə pullardan əksər hallarda vergi ödəmirlər. Buna müxtəlif səbəblər var. Səbəblərdən bəziləri vətəndaşların bir hissəsinin bundan məlumatsız olmasıdır. Məlumat olmadığına görə vergi uçotuna dayanmır və vergi ödəmirlər. Vergilərin 14 faizi kirayə verən və kirayə götürənin qarşılıqlı razılaşması əsasında öz aralarında müqavilə formasında bağlanılır. Bu müqavilə rəsmi hüquq daşımır.  Mənzil sahibi aldığı kirayə pulunun 14 faizini vergiyə ödəyərsə, bu, birmənalı olaraq kirayə mənzil bazarında yeni qiymət artımına gətirib çıxaracaq. Yəni kirayə mənzillərin aylıq kirayə qiymətlərində yeni qiymət artımına gətirib çıxaracaq”.

Ekspert əlavə edib ki, vətəndaşların bu sahəyə könüllü formada cəlb olunması üçün faiz dərəcəsinin aşağı düşməsi insanları bu sahəyə cəlb edə bilər: 

"Çünki bir vətəndaş mənzilini kirayə verib, gəlir əldə edib rəsmi olaraq vergi ödəyirsə, gələcəkdə bu şəxslər müxtəlif bank kreditlərindən öz gəlirlərini göstərib kreditlər əldə edə bilərlər, yaxud digər sahələrdən yararlana bilərlər. Həmçinin mənzil sahibləri kirayə götürdüyü mənzilin pulunu bank vasitəsilə qanuni formada ödəyirsə, gələcəkdə onlar da hər hansı bir əmlakın alınması ilə bağlı alətlərdən istifadə edə bilərlər, onların ödəmələrdəki gecikmələrinin olmaması kredit şərtlərindən yararlanmağa şərait yarada bilər. Bu sahədə vətəndaşlarla müxtəlif maarifləndirmə işləri aparmaq lazımdır. Əgər kütləvi surətdə vergiyə cəlb olunacaqlarsa, vergilərin 14 faiz yerində qalması kirayə mənzil bazarında qiymət artımına gətirib çıxara bilər. Təbii ki, əgər faiz dərəcəsi aşağı enərsə, bu, qiymət artımına səbəb ola bilməz”.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see994

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see576

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see323

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see304

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see302

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see299

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see295

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see254

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see228

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see180

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see172

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see169

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri