Icma.az
close
up
RU
Evlilik gənclərin beynində yükə çevrilib AKTUAL

Evlilik gənclərin beynində yükə çevrilib AKTUAL

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onlar ailə dramını öncədən yaşayır, ona görə evlilikdən uzaqlaşırlar


“Əvvəllər valideynlər həm də daha çox moderator rolunda çıxış edirdilər, ailənin qurulmasına, saxlanmasına təsir göstərirdilər. İndi valideynlər də iqtisadi yükü öz üzərlərinə götürmək istəmirlər”



Son illər ölkədə gec yaşda nikaha daxil olan gənclərin sayında artım müşahidə olunur. Rəqəmlər göstərir ki, Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı ən yüksək səviyyəyə çatıb. Gənclərin bu mövqeyi birmənalı qarşılanmamaqla yanaşı, həm də sosial problemlərə səbəb olur.

Ekspertlərin müşahidələrinə görə, gec evlənmənin səbəbləri həm sosial, həm maddi, həm də psixoloji amillərlə bağlıdır. Ailə qurmaq istəyən gənclərin məsuliyyət və gözləntiləri ilə cəmiyyətin real imkanları arasında yaranan uyğunsuzluq, gənclərin evliliyə yanaşmasını mürəkkəbləşdirir və bu, ailə institutunun zəifləməsinə gətirib çıxara bilir.


Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bu gün gənclərin gec yaşda ailə qurmalarının başlıca səbəbi günlərinin çox hissəsini iş başında keçirmələridir: 

"Başı işləməyə, pul qazanmağa, karyera qurmağa qarışan insanın bütün diqqəti ancaq buraya yönəlir. Evlənmək belə insanlar üçün ikinci plana keçir. Gününün çox hissəsini işdə keçirən, iş başında olan insanların tanışlıq üçün də imkanı qalmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır. Ev alım, maaşım yüksək olsun, sonra ailə quraram deyir və nəticədə yaş keçir. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Digər tərəfdən, əvvəllər gənclər valideynlərin uyğun gördüyü, məsləhət bildiyi insanla ailə qururdular. İndi dövr dəyişib, çox az insan tapılar ki, valideyn seçimi ilə ailə qursun. Gənclər daha çox özləri seçim etməyə, gələcək həyat yoldaşlarını özləri seçməyə üstünlük verirlər. Özü kimi düşünən, özünə uyğun adam tapmağa çalışırlar. Bu da müəyyən qədər zaman alır. Təcrübə göstərir ki, valideynlər tərəfindən verilən təkliflər çox vaxt asılılıq yaradır”.


Ekspertin sözlərinə görə, əvvəllər valideynlər həm də daha çox moderator rolunda çıxış edirdilər, ailənin qurulmasına, saxlanmasına təsir göstərirdilər: 

“İndi valideynlər də iqtisadi yükü öz üzərlərinə götürmək istəmir, eyni zamanda, moderatorluğu da pozitiv şəkildə həyata keçirmirlər. Daha çox dağıdıcı rolunda çıxış edirlər. Əgər valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanları varsa, onlar hakimiyyəti öz əllərinə almaq və öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla da gənclərin çoxu razılaşmır. Bu səbəbdən də gənclər ailə qurduqdan sonra valideynlərdən ayrı yaşamaq istəyirlər. Əslində, 25-30 yaş evlənmək üçün ən uyğun yaşdır. Məhz bu yaşda insanda həyata baxış dəyişir, məsuliyyət hissi yaranır. Gənclər, artıq iqtisadi imkanlarını yaxşılaşdırmaq üçün yollar tapa və özləri öz həyatlarını idarə edə bilirlər”.


Psixoloq Aytən Ələkbərova da Sherg.az-a  açıqlamasında gənclərin gec evlənməsinin müxtəlif səbəblərinə toxunub. O bildirib ki, bu gün bir çox gənc ailə ilə bağlı məsuliyyətləri və problemləri düşünərək, hətta yaşamadıqları ailə dramını belə öncədən canlandırırlar. Nəticədə, ailə qurmaq fikri onlar üçün qorxulu və məsuliyyətli bir addım kimi görünür.

Psixoloq qeyd edib ki, valideynlərin tez-tez sual verdiyi mövzulardan biri, 28 yaşına çatmış oğullarının hələ də evlənmək istəməməsidir. Onun fikrincə, bu vəziyyətin əsas səbəblərindən biri, bəzi qızların evliliklə bağlı yüksək və bəzən gerçəklə uyğun olmayan tələbləridir:

 “Məsələn, nişanın müəyyən bir məkanlarda keçirilməsi, xına mərasimlərinin xüsusi şəkildə təşkil edilməsi və xonçaların məhz müəyyən qaydada gətirilməsi kimi tələblər oğlanları qorxuda bilir. Belə hesab-kitab edən və detallar üzərində çox düşünən gənclər, evlilik fikrindən uzaqlaşır və onu riskli bir addım kimi qiymətləndirirlər. Eyni zamanda, qızlar da karyera qurmaq məqsədilə evliliyi təxirə salırlar. Bu halda onlar sonradan qarşı tərəfin maddi və sosial vəziyyətini müqayisə edir, əgər oğlandan daha çox maaş alırlarsa,  “mən onu niyə saxlamalıyam?” kimi suallarla üzləşirlər. Bu cür düşüncə tərzi, zamanla ailə institutuna olan etibarı azaldır və insanların bir-birinə qarşı münasibətlərini soyudur”.

Aytən xanımın fikrincə, ailənin sosial və maddi vəziyyəti də gec evlənməyə təsir edən amillərdən biridir. Yəni qızlar çox vaxt qayınana-qayınatalı evdə yaşamaq istəmir, ancaq oğlanların ayrı ev alma imkanları hər zaman olmur. Bu səbəbdən də gənclər evliliyi gecikdirir, bəzən isə ümumiyyətlə bu addımı atmaqdan çəkinir.

Psixoloq həmçinin bildirib ki, oğlanlar üçün evlilik çox vaxt məsuliyyətlə bağlı ciddi bir addım kimi görünür: “Onlar düşünürlər ki, ailə qurmaqdan əvvəl maliyyə vəziyyətlərini düzəltmək, şəxsi həyatlarını nizamlamaq və gələcək planlarını qurmaq vacibdir. Bu hazırlıq mərhələsi bəylər üçün çətinlik yaradır və nəticədə bir çoxu evliliyi təxirə salır.

Gənclər bəzən evlənməzdən əvvəl toy üçün götürüləcək kreditləri hesablayıb, evlənməyi ertələyirlər. Təsəvvür edin, toy üçün götürülən kreditlərin ödəmə vaxtı gələndə ər-arvad arasında gərginlik, xaos yaşanır. Yavaş-yavaş əsən küləklər birdən-birə qasırğaya gətirib çıxarır ki, bu da nəticədə boşanmalara səbəb olur. 

Təsəvvür edin, “mən oturub kreditmi ödəyəcəyəm?” düşüncəsi ilə üç aylıq evlilik bitir. Bəzən də növbəti mərhələdə uşaq doğulması, cinsiyyət partisi, ad günü xərclərini göz önünə gətirib bəri başdan yollarını ayırırlar. Bir sözlə, evlilik artıq yük kimi kodlaşdırılır gənclərin beynində. Bütün bunların hamısı real, dinlədiyim gənclərin ifadə etdiyi səbəblərdir”. 

A. Ələkbərova gənclərin evlənmək üçün ideal yaşını da açıqlayıb. Onun sözlərinə görə, qızlar üçün 22-24, oğlanlar üçün 26-27 yaş aralığı ən gözəlidir. Bu yaşlarda qurulan nikahlar daha sağlam və davamlı olur, çünki tərəflər məsuliyyətlərini dərk etmiş və bir-birinə uyğun seçim etmiş olurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Avqust 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see184

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see134

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri