Icma.az
close
up
RU
Evlilik öncəsi psixoloji hazırlıq

Evlilik öncəsi psixoloji hazırlıq

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq cəmiyyətimizdə xeyli irələyişlər var. 10 il bundan əvvəl insanların nigahdan öncə həkim müayinəsinə getməsi axmaqlıq sayılırdısa, indi bu kifayət qədər müsbət baxılan, hətta alqışlanan hərəkət kimi qəbul edilir.

Necə ki cütlüklər evlənməmişdən qabaq həkim müayinəsi ilə bir-birlərinin bədənlərini tanıyıb, yaranmış problemləri birlikdə həll edirlər, psixoloji görüşdə də bir-birlərinin psixoloji vəziyyətini, sadə sözlə desək beyinlərini tanıyırlar.

Belə bir fikir formalaşa bilər “elə beynini tanımışam ki, evlənirəm”. Xasiyyətinə bələdəm, psixoloji konsultasiya nəyimə lazım? Yaxşı, psixoloq mənə desə ki, sizin xasiyyətiniz tutmur ayrlacam bəyəm?”. Bu kimi fikirlərlə çox rastlaşırıq. Cütlüklərin çoxu ilk görüşdə bunu deyirlər. Nə yaxşı ki, bu kimi fikirlər elə ilk görüşdə qalır.

İnsanlar bir-birlərini tanıyıb müəyyən xüsusiyyətlərini bəyənib evlənirlər. Çox vaxt eşidərsiz “O, çox qayğıkeşdir” , “O, çox səmimidir”, “O, çox diqqətcildir” və s. Amma bunlar onun xasiyyətinin hamısının olması demək deyil. Evlənməmişdən öncə psixoloqla söhbət çox vacib xüsuslardandı.

Amerikada 200 min psixoloq fəaliyyət göstərir və hər 4 ailəyə 1 psixoloq düşür. Həmin psixoloqlar evlənməmişdən öncə bu ailələri müşaiyət edirlər. Psixoloq cütlüklərin hər birinin xasiyyətini təyin edir və gələcəkdə yarana biləcək hadisələrə cütlükləri hazırlayır. Məsələn, əgər kişidə anasına qarşı güclü bağlılıq varsa, psixoloq qadını bunun yarada biləcəyi problemlərə hazırlayır. Tibbi dildə desək immunitet yaradır. Peyvənd (xəstəliyin mikroblarının zəiflədilmiş şəkli) qana vurulur, artıq bədən mikrobu tanıyır və xəstəliyə yoluxmur. Belə deyək psixoloq cütlüklərə gələcəkdə baş vermə ehtimalı böyük olan hadisələrə qarşı peyvənd vurur.

Yeni evliliklərdə əsasən qadınlar ilk vaxtlarda ailə həyatına öyrəşməkdə çətinlik çəkirlər. Bu anadan qızına keçən bir problemdir. Analar qızlarını evliliyə hazırlayırlar. Təbii bu olmalıdır. Amma bəzən analar çox himayəkarlıq göstərir. Bu halda qızlar evliliyi çox ideallaşdırır, evləndiyi andan etibarən gözləntiləri çox olur. Artıq qarşı tərəflə mübahisələr başlayır. Kişilər nə baş verdiyini anlamır. Qadın evlənəndə istər seksual, istər maddi, istər sosial həyatı dəyişir. Bu dövrdə kişilərimiz daha anlayışlı olmalı və bunun qısa müddət davam edəcəyini bilməlidilər.

Belə vaxtda onlara ancaq xanımına daha çox diqqət yetirmək gərəkdir. Əgər bu hal xroniki hala keçirsə cütlüklərin psixoloqa müraciət etmələri tövsiyyə olunur. Qadınlar əsasən problemi intim həyatında axtarmağa başlayır və sekspatoloqa müraciət edirlər. Onlardan aldığı yalnış psixoloji məlumatlara “sizdə fiziki uyğunsuzluq var və ya bədənləriniz bir birinə öyrəşə bilmir” kimi fikirlərə zaman keçdikcə inanmağa başlayırlar. Münasibətlərdə soyuqluq başlayır. Bəzən tədbir görülməzsə, bu hallar evliliklərin bitməsinə səbəb olur.

Bir şeyi xüsusilə vurğulamaq istəyirəm ki, müəyyən ginekoloji və ya uroloji uyğunsuzluqlar ola bilər, amma onların hər biri həll olunan problemdir. Əsas düşüncə olaraq aranızda uyğunsuzluq yaratmayın. Çalışın yoldaşınıza yataqda köməklik edəsiniz. Onu anlamağa çalışın hələ sizin həssas nöqtələrinizi bilməmiş ola bilər. Siz ona yol göstərin. Fikir və narahatlıqlarınızı onunla bölüşün. Əmin olun, başa düşməyən insan yoxdu, başa sala bilməyən var. Hər dəfə dediklərinizi anlamırsa, demək bu dil işinizə yaramır, başqa üsulla ona fikrinizi izah edin. Unutmayaq ki, evlilik nə nişanlılıq, nə sevgilik dövrünə bənzəyir. Evlilik bir yastığa baş qoymaqdır. Bu sözün mənası çox dərindir. Evlilik zamanı bütün gizlədilənlər üzə çıxır. İstər-istəməz insanlar evlilik öncəsi bəzi şeyləri gizlədir. Bu çox normal haldır. Siz gizlətdiyiniz kimi qarşı tərəf də gizlədə bilər. Çalışın bütün hallarda özünüzü qarşı tərəfin yerinə qoyub onun hisslərini başa düşəsiniz.

"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova

Narinc.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 06:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri