Icma.az
close
up
RU
Evliliyin hansi dövrü BÖHRANLI OLUR?

Evliliyin hansi dövrü BÖHRANLI OLUR?

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.

Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub. Boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.

Ümumiyyətlə, evliliyin ilk 6 ayı, 5 ili və 15-ci ili böhranlı illər hesab olunur. Bu illəri necə keçməli olduğunu bilməyən bəzi evli cütlüklər boşanmanı çıxış yolu kimi seçir. Böhran dönəmlərində necə davranmalı olduğunu bilən cütlüklər isə uğurlu evlilik həyatına davam edə bilir.

Aralarında sevgi bağı olmayan cütlüklərin bir evliliyi xoşbəxt yaşaması imkansızdır

Gencaile.az bildirir ki, türkiyəli psixoloq Ahmet Tuğrul Dəmirin bu barədə müəyyən tövsiyələri var. Onun fikrincə, hər evlilikdə gözlənilə bilən böhran dönəmlərini sağlıqlı şəkildə keçmək, evliliyin xoşbəxt və hüzurlu bir şəkildə davam etməsinə imkan yaradır:

"Evlilikdə problemlərin çox yaşandığı illər çətin olsa da, böhran zamanlarını düzgün keçdikdən sonra problemləri həll etmək asanlaşır. Evlilik qərarı verən cütlüklər biri-birindən sevgi, hörmət, sədaqət, münasibət mövzusunda nə gözlədiklərini yaxşı bilməlidir. Bu mövzularda razılığa gəlmədikdə evliliyin ilk illərində problemlər başlayacaq. Aralarında sevgi bağı olmayan cütlüklərin bir evliliyi xoşbəxt yaşaması imkansızdır".

Psixoloq hesab edir ki, evlənən cütlüklərin ilk altı ayına baxdıqda, onların evlilik həyatına yeni alışmağa başladığını görərik. Bu dönəmdəki ən böyük risk arvadın valideynlərindən heç cür qopa bilməməsidir. Özlərini hələ də ana və atası ilə bağlı hiss edən cütlüklər yeni bir ailə qurduqlarının fərqində deyillər. Bu durum problemlər yaradır: "Hələ valideynlər də övladlarının yaxasını buraxmayıb daim qarışarlarsa, problemlərin içindən çıxılmaz bir hal yaranır. Təbii ki, ilk 6 ayda, arvadların keçmişdəki yaşam tərzlərindən yan keçə bilməmək inadı da təsirlidir. Necə ki, kişilər də öz dostları ilə gecələr yığışıb harasa gedərək həyat yoldaşlarını ihmal edirlər. Bu dönəmi uğurlu keçməyin yolu evliliyə valideynləri qarışdırmamaq, ər-arvadın öz aralarında mütləq yaxşı ünsiyyət qurması və əlbəttə, "Mən artıq evliyəm" fikrini ağıllarına yerləşdirməsidir".

Ən ağrılı müddət isə evliliyin ilk 2-3 ilinə düşür

Psixoloq deyir ki, evliliyin birinci ili evlilik həyatının məsuliyyətinin yavaş-yavaş hiss etdirdiyi dönəmdir: "Evli olmaq üçün evlənənlərin ən çətin keçirdiyi dönəmdir. Keçmiş üçün insan darıxar, məhdudiyyətlər insanı boğar. Hələ uşağın dünyaya gələcəyini gözləyirlərsə, qadının başında hər şey qarışa bilər. Digər önəmli bir problem bu dönəmdə cütlüklərin evlilikdə öz rahatlığına önəm verməsidir. Evliliyin ən ağrılı olduğu və cütlər arasında problemlərin olduğu dönəm evliliyin ilk 2-3 ilinə düşür. Bu, xüsusilə, uşaqlı cütlüklərin böhran dönəmidir. Yeni qurulan ailədə körpə dünyaya gəlir və tərəflər biri-birinə vaxt ayıra bilmirlər. Şəxsi həyatları sıfırdadır. Harasa getmələri mümkün deyil. Uşağın tərbiyəsi ilə bağlı aralarında mübahisələr yaşanır. Bu dönəmdə kişi evdən bir qədər uzaq durur. Qadın isə uşağa baxdığı üçün buna fürsət tapa bilmir. Bu dönəmi keçmək üçün uşağın varlığı böyük faktordur. Ancaq bizim evli cütlüklərə tövsiyəmiz odur ki, sizə problem yaradan uşaq bir müddət sonra evinizin dadı, duzu, əvəzolunmazı olacaq. Biri-birinizə ən çox anlayışı bu dönəmdə göstərməlisiz".

A.T.Dəmir də evliliyin beşinci ilini çox böhranlı hesab edir. Onun sözlərinə görə, bu dönəm danışılmamış, açılmamış problemlərin gün üzünə çıxdığı dönəmdir. Ər-arvadın biri-birini günahlandırmağa başladığı və cavabdeh axtarmağa başladığı bu dönəmdə, sədaqətsizlik də ortaya çıxar. Xəyanətə sürükləyən şey də açılmamış problemlər, rəngsiz şəxsi həyatdır. Bu dönəmi keçməyin yolu cütlüklərin xatirələrindəki anlardır. Boşanmaq asan yoldur. Amma itirəcəkləriniz çoxdur. Birlikdə tətilə çıxmaq və yeni anları xatirələrə buraxmaq ən müsbət seçimdir.

Onun sözlərinə görə, cütlüklərdə biri-birinə uyğunlaşmanın son nöqtəsi evliliyin 15-ci ilidir: "Əgər 15 il boyu problemlər həll olunmamış və böyümüşsə, bu müddət boyunca biri-birinə birtəhər dözməli olan cütlüklər ayrılmağı seçər.

Çünki artıq uşaqları da böyüyüb və özlərini yalnız daha yaxşı hiss edəcəklərini düşünürlər. 15 ildən sonra qadında menopauza, kişidə yaş keçidi ortaya çıxar. Bunlar da böhranı yaradan ünsürlərdir. Bu dönəmi keçməyin yolu da artıq həyat dostu olduğunuzu unutmamaqdır. Sizi ondan yaxşı tanıyan kimsə yoxdur. Bunun qiymətini bilmək lazımdır".

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri