Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

“Evraqi nəfisə” Əski sətirlərdən müasir oxucuya

“Evraqi nəfisə” Əski sətirlərdən müasir oxucuya

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Azərbaycan milli mətbuat tarixinin araşdırılması və gələcək nəsillərə çatdırılması baxımından Əməkdar jurnalist, Milli Mətbuat Tarixi kafedrasının müəllimi Akif Aşırlının hazırladığı “Evraqi-nəfisə” (araşdırma, tədqiqatlar)" kitabı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş ilk incəsənət, mədəniyyət və ədəbiyyat məcmuəsi olan “Evraqi-nəfisə” jurnalının materialları əsasında ərsəyə gətirilən bu nəşr təkcə mətbuat tariximizin deyil, həm də milli ədəbi-mədəni irsimizin öyrənilməsi üçün mühüm mənbədir.

Kitabın mənim üçün dəyərini artıran məqamlardan biri müəllifin şəxsən mənə ünvanladığı imzadır. Akif müəllim mənə verdiyi kitabın ilk səhifəsində belə yazıb: “Əziz Banu, gələcəyin ən yaxşı jurnalisti olacağına şübhə yoxdur, mən buna inanıram...”. Bu sözlər sadəcə bir avtoqraf deyil, müəllimin tələbəsinə olan inamının, etimadının və xeyir-duasının ifadəsidir. Kitabı oxuyarkən hiss olunur ki, müəllifin milli mətbuat tariximizə yanaşmasındakı məsuliyyət və diqqət onun tələbələrinə münasibətində də öz əksini tapır. Məhz buna görə həmin imza kitabın mənəvi dəyərini mənim üçün daha da artırır.

“Evraqi-nəfisə” kitabında jurnalın müxtəlif materialları, araşdırmalar, publisistik məqalələr, şeirlər, qəzəllər və ədəbi nümunələr toplanıb. Bu materiallar XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin mədəni, ədəbi və estetik düşüncə tərzini öyrənmək baxımından olduqca maraqlıdır. Kitab vasitəsilə dövrün ziyalılarının sənətə, ədəbiyyata, tarixə və milli kimlik məsələlərinə münasibətini izləmək mümkündür.

Nəşrdə diqqətimi xüsusilə cəlb edən yazılardan biri “Hindistanda türk sənayesi-memariyyəsindən Banu bəyim məzarı” adlı məqalə oldu. Məqalədə Tac Mahalın memarlıq xüsusiyyətləri, Şah Cahan və Mümtaz Mahal haqqında məlumatlar təqdim edilir. Maraqlı təsadüfdür ki, yazıda adı çəkilən Banu bəyim adı mənim öz adımla səsləşir. Bu məqam kitabı mənim üçün daha yaxın və maraqlı etdi. Əlbəttə, burada söhbət tarixi bir şəxsiyyətdən gedir, lakin eyni adı daşımaq həmin məqaləyə xüsusi diqqətlə yanaşmağıma səbəb oldu.

Kitabın ən mühüm cəhətlərindən biri “Evraqi-nəfisə” jurnalının materiallarının müasir oxucu üçün əlçatan formada təqdim edilməsidir. Bu baxımdan Akif Aşırlının həyata keçirdiyi transliterasiya işi böyük zəhmətin nəticəsidir. Əski əlifba ilə nəşr olunmuş mətnlərin bugünkü oxucuya çatdırılması həm elmi, həm də texniki baxımdan ciddi hazırlıq tələb edir. Bu iş sayəsində uzun illər geniş oxucu auditoriyası üçün əlçatmaz qalan materiallar yenidən elmi dövriyyəyə daxil edilir.

Kitabın transliterasiya redaktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının baş müəllimi, mənə transleterasiyanı öyrədən Samir Mirzəyevdir. Əski yazının öyrənilməsi və tədrisi sahəsində fəaliyyət göstərən Samir müəllimin redaktə işi nəşrin elmi keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır. Transliterasiya prosesində mətnlərin dil xüsusiyyətlərinin və tarixi üslubunun qorunması kitabın əsas üstünlüklərindən biridir.

Ümumilikdə, “Evraqi-nəfisə” (araşdırma, tədqiqatlar) kitabı Azərbaycan milli mətbuat tarixinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi baxımından dəyərli nəşrdir. Kitab həm tədqiqatçılar, həm jurnalistika tələbələri, həm də milli irsimizə maraq göstərən oxucular üçün faydalı mənbədir. Akif Aşırlının uzunmüddətli araşdırmalarının nəticəsi olan bu əsər keçmişlə bu gün arasında mühüm körpü yaradır. “Evraqi-nəfisə” kimi tarixi bir nəşrin yenidən tanıdılmasına və qiymətləndirilməsinə xidmət edir. Müəllifin mənə ünvanladığı səmimi sözlər isə bu kitabı mənim üçün sadəcə bir elmi nəşr deyil, həm də gələcək fəaliyyətimə verilmiş dəyərli stimul və etimad nümunəsinə çevirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyun 2026 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see298

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see288

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see254

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see252

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see246

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see237

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see217

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see216

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see204

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see198

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see196

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see195

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see191

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see186

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see181

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see178

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see172

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see165

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see163

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri