Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Evraqi nəfisə də mətbuat elanları və afişalar

Evraqi nəfisə də mətbuat elanları və afişalar

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1919-cu ilin martında nəşrə başlayan "Evraqi-nəfisə" məcmuəsi Azərbaycanın ilk ixtisaslaşmış mədəniyyət, incəsənət, ədəbiyyat dərgisidir. Zülfüqar bəy Hacıbəylinin naşirliyi, Əliabbas Müznibin redaktorluğu, Kazım Kazımzadənin müvəqqəti məsul katibliyi ilə nəşr olunan bu məcmuə milli teatr, ədəbiyyat, incəsənət tariximizin ilk söz abidəsidir. Milli teatr xadimlərinin, görkəmli ədiblərin tərcümeyi-halı, Şərq incəsənəti, Türk-müsəlman dünyasının tarixi sənət nümunələri barədə "Evraqi-nəfisə"nin səhifələrində xeyli sayda yazı dərc olunub. Bu məqalələrin mövzusu, əhatə etdiyi problemlər bu gün də aktuallığını qoruyub saxlayır. 

Cəmi 6 sayı işıq üzü görməsinə, azömürlü olmasına baxmayaraq, "Evraqi-nəfisə" öz səhifələrində müxtəlif məzmuna, ideya istiqamətinə fərq qoymadan dövrü nəşrlərin, teatr və opera tamaşalarının elanlarını da dərc edib. Bir qayda olaraq son səhifədə çap olunan bu elanlardan, afişalardan Azərbaycan Xalq Cümhuriyyətinin bəşəri dəyərlərə söykənən milli mədəniyyət siyasətinin mənzərəsi tam aydın görünür. "Evraqi-nəfisə" nəşrə başlayanda müstəqilliyinin 1 ilini qeyd edən Azərbaycan Xalq Cümhuriyyəti milli mədəniyyətin, incəsənət və ədəbiyyatın milli istiqamətdə inkişafı üçün səy göstərir, parlament yığıncaqlarında, mətbuatda aparılan diskussiyalarda Vətən torpaqlarını qorumaq, hürr vətəndaş yetişdirmək amacında incəsənətin, ədəbiyyatın böyük rolunu dəyərləndirir, yeni milli-mədəni təsisatlar yaradırdı. Azərbaycan Cümhuriyyətinin mədəniyyət, incəsənət, ədəbiyyat toplusu "Evraqi-nəfisə" fəaliyyətini bu yöndə qurur, siyasi məzmununda istiqlal məfkurəsi olan qəzetlərin abunə şərtlərini, elanları dərc edərək oxuculara məlumat verirdi. 

Dərginin ikinci sayında çap olunan elanlara diqqət yönəltsək, ən yuxarıda "Azərbaycan" qəzetinin elanı gəlir. Gündəlik siyasi, ictimai və iqtisadi türk qəzetəsi olan "Azərbaycan"ın Bakı və qeyri-şəhərlər üçün üç aylıq qiymət şərtləri açıqlanır. Məhəlli idarəsi Varantevski və Qubernatorski küçələrinin küncündə 4 nömrəli evdə yerləşən redaksiyanın telefon nömrəsində göstərilir ki, vətəndaşlar rahat bir şəkildə qəzetə abunə olunsun. Tək nüsxəsi 1 rublə olan "Azərbaycan" gənc cümhuriyyətin ideoloji təbliğatı yükünü şərəflə daşıyır, ölkədə fəaliyyətdə olan bütün siyasi qüvvələrə öz səhifələrində yer ayırır, fikir plüralizmi üçün ciddi təməllər atırdı. "Evraqi-nəfisə"nin naşiri Zülfüqar bəyin qardaşları Ceyhun və Üzeyir Hacıbəylilərin ilk sayından son sayınadək baş redaktoru olduğu "Azərbaycan" həm də mədəniyyət və incəsənət tarixinin şərəfli səhifələrini yazıya alır, tarixləşdirirdi.   

Azərbaycan jurnalistika tarixində neytral qəzetçilik xətti ilə seçilən "Bəsirət"in abunə elanı da dərginin ikinci sayında çap edilib. "Hər həftə və bayram sabahları nəşr edilən siyasi, ictimai, iqtisadi və ədəbi türk qəzetəsi"nin baş redaktoru Hacı İbrahim Qasımov idi. 1914-cü ildən nəşrə başlayan bu qəzetin səhifələrində M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Xəlil İbrahim, Sənətulla İbrahimov kimi mütərəqqi, maarifçi, problemləri açıq şəkildə söyləyən cəsur publisistlər müxtəlif məzmunlu yazılarla çıxış edirdilər. "Bəsirət"in elanında redaksiyanın ünvanı, qəzetin tək nüsxəsinin Bakı və qeyri-şəhərlər üçün qiyməti də göstərilir. "Türan" mətbəəsində nəşr edilən "Bəsirət"in redaksiyası Çelyayuski küçədə Aleskandrovski ryadda yerləşirdi. 

Azərbaycan sosialistlərinin əsas mətbu tribunası olan "Al bayraq" qəzetinin abunə elanı da "Azərbaycan" və "Bəsirət"lə dərginin eyni sayında dərc olunub. "Cümlə-cahan füqərayi-kasibəsi birləşin!" şüarı ilə insanları sosial ədalətə, bərabərliyə çağıran "Al bayraq" Azərbaycanın istiqlalı, müstəqilliyi ideyasının əsas ideoloji mətbu orqanları ilə fikir döyüşündə olsa da, müəyyən sosial bazaya, tərəfdara sahib idi. Səhifələrində müstəqilliyə, cümhuriyyət idealına zərər gətirmədiyi müddətdə çox rahat formada nəşrini davam etdirdi. Azərbaycan Cümhuriyyəti hökumətinin üzərinə götürdüyü "azad, müstəqil mətbu kəlam" öhdəliyi 1918-1920-ci illərdə bir neçə sol yönümlü nəşrlərin çapına imkanlar yaratdı. Lakin Azərbaycanın siyasi taleyini Rusiyada görən bu mətbu nəşrlər zərərli fəaliyyətinə görə fəaliyyətlərinə son qoymalı oldu. "Evraqi-nəfisə" fikir plüralizminə, mətbu-kəlam azadlığına önəm verdiyi üçün mətbu nəşrlər arasında ayrı-seçkilik etməyərək demokratik baxış ortaya qoyur, sosialistlərin "Azadəlik, bərabərlik, qardaşlıq, ədalət" ideyası ilə çap olunan "Al bayrağ"ın elanına da səhifələrində yer ayırırdı. "Evraqi-nəfisə" öz yaradıcılıq planları ilə də bağlı elanlar, məlumatlar dərc edir, abunədə dəyişikliklər barədə oxucuları xəbərdar edirdi. Kağızın bahalığı, mətbəə xərcləri satış qiymətində dəyişiklik tələb edirdi. Dərginin 4-cü sayında "məcmuəmizin nəşriyyatı baha qiymətə başa gəlməsindən dolayı bu gündən etibarən həm nömrəsi Bakıda 10 rublə, sair şəhərlərdə 12 rublə olacağı barədə elan diqqəti çəkir. Bəzi səhifələrini rəngli formatda çap etmək istəyən redaksiya rəhbərliyi gənc cümhuriyyətin hələ tam oturuşmamış iqtisadi vəziyyətinə uyğunlaşmaq, mövcudluğunu qoruyub saxlamaq üçün "maliyyə çətinliyi"nə uyğun planlar düşünür, həyata keçirirdi. 

Məcmuə iqtisadi maliyyə vəziyyətinin ağırlığını aradan qaldırmağa çalışsa da,digər tərəfdən "ədəbiyyat, sənayeyi-nəfisəyə dair" keyfiyyətli məqalələr gözləyir və müəllifləri həvəsləndirirdi: "Dərc edilən məqalənin mükafatını idarə təyin ediyor". 

"Evraqi-nəfisə" öz yadarıcılıq missiyasına uyğun opera, operetta və teatr tamaşalarının elanını dərc edir, öz oxucu auditoriyasını teatr salonlarına çağırırdı. Dərginin 2-ci sayında "Azərbaycan hökuməti teatrosu"nda Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşları müdriyyətinin afişası dərc edilib. 1919-cu ilin mayın 2-də axşam saat 8-in yarısında başlanacaq tamaşa türk ədəbiyyatının ən məşhuru Şəmsəddin Sami bəyin "Gaveyi-ahəngər" adlı əsəri "mövqeyi-tamaşaya qoyulacağı" elanı verilir. Əsərin baş rollarını, Gavə obrazını məşhur aktyor Abbas Mirzə Şərifzadə, Qəhtanın rolunu Əli Əkbər Hüseynzadənin oynayacağı bu tamaşa "müdriyyətin müqtədir aktyor"ları Əli Əkbər Hüseynzadə, Camal Paşazadə və Əlislam Dadaşzadənin (benefisinə), yəni şərəfinə builki teatr mövsümündə ikinci dəfə oynanılacaqdır. "Bu tamaşaya məxsus libaslar hazırlanıb və artıq dərəcədə gözəl mənzərələr göstəriləcəkdir. Biletlər şimdidən teatrın kassasında satılmaqdadır. Baş rejissor Abbas Mirzə Şərifzadə, müdir Üzeyir bəy Hacıbəyli". 

Azərbaycan Cümhuriyyətinin istiqlalının 1 illiyi münasibətilə "Azərbaycan faciəsi"nin Azərbaycan hökuməti teatrosunda göstəriləcəyi barədə elan dərginin 4-cü sayında çap olunub. "Azərbaycan istiqlalı bayramı münasibətilə" bu faciə ilə yanaşı məşhur "Leyli və Məcnun" operasının da tamaşaçılara təqdim olunacağı barədə elandan sonra teatr mövsümünün bağlanacağına işarə edilir. "Mayın 29-da "Aşıq Qərib" operasının nümayiş olunacağı barədə xəbər verilir. "Aşıq Qərib" operasında böyük musiqi orkestrinin, qızlar və oğlanlar xorunun da olacağı "Hacıbəyli qardaşlarının müdriyyəti"nin elanında əksini tapır. 

Akif Aşırlı, 

Əməkdar jurnalist

Məqalə "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin "Evraqi-nəfisə"nin tədqiqi layihəsi əsasında Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri