Icma.az
close
up
RU
Evren Alkaya: “Ümid edirəm ki, Avropa çempionatında qələbələr qazanacağıq”

Evren Alkaya: “Ümid edirəm ki, Avropa çempionatında qələbələr qazanacağıq”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisinin baş məşqçisi Evren Alkaya Belarusda keçirilən təlim-məşq toplanışını dəyərləndirib.

İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə “Report”a açıqlama verib.

O, yoxlama görüşləri barədə danışıb: “Güclü rəqiblərlə oynadıq. Belarusun U-14 komandasına qarşı keçirdiyimiz hər iki oyun yaxşı oldu. Təbii ki, yaşla əlaqədar fiziki göstəricilərimiz daha yaxşı olduğu üçün qələbə qazana bildik. Belarusun U-18 çempionatında ilk pillələrdə yer alan üç komandaya - “Horizont”, “Rquor” və “Viktoriya”ya qarşı oyunlar keçirdik. Çox ciddi və hazır rəqiblər idi. Həm fiziki cəhətdən yaxşı, həm də təcrübəli olduqlarına görə bizə çətinliklər yaşatdılar. “Horizont” və “Viktoriya”ya tam formada olmadığımız üçün uduzduq. Baxmayaraq ki, oyunlar çox templi keçdi. “Rquor”un basketbolçuları fiziki cəhətdən çox güclü idilər. Qiymətli toplanış idi, zəif tərəflərimizi aşkarladıq. U-16-dan dəvət etdiyimiz yeni oyunçular da komandaya uyğunlaşıblar”.

Türkiyəli baş məşqçi qarşıdan gələn Avropa çempionatında ilk “3-lük”də qərarlaşmaq istədiklərini vurğulayıb: “10 gündən sonra Avropa çempionatı ilə bağlı Litvaya yollanacağıq. İyulun 4-də Bosniya və Herseqovina ilə qarşılaşacağıq. Çox ciddi komandadır, 30-40 illik qadın basketbolu mədəniyyətinə malikdirlər. Çox yaxşı komanda formalaşdırıblar. Daha sonra Ukrayna, Litva, Kosova və İslandiya ilə üz-üzə gələcəyik. Ümid edirəm ki, qrupda ilk 3 yerdən birini tutub növbəti mərhələdə oynamaq şansı qazanacağıq. Oyunçularımıza güvənirik, bir-birilərinə uyğunlaşırlar. Tam formalaşmaları üçün zaman lazımdır. Azərbaycan U-18 millisi tarixdə ilk dəfə belə yarışda iştirak edəcək. Ümidvaram ki qələbələr qazanacağıq”.

Qeyd edək ki, yığma Belarusdakı təlim-məşq toplanışında 6 yoxlama oyunu keçirib. Komanda yerli "Rquor" (84:39), "Rquor 2" (80:30) komandalarına qalib gəlib, "Horizont"a (40:68, 53:65) və "Viktoriya"ya (49:53, 62:68) hər iki qarşılaşmada uduzub.

Toplanış iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq məqsədi daşıyıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri