Icma.az
close
up
RU
Evren Alkaya: “Avropa çempionatında məqsəd ilk növbədə qrupdan çıxmaqdır”

Evren Alkaya: “Avropa çempionatında məqsəd ilk növbədə qrupdan çıxmaqdır”

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Azərbaycanın 20 yaşadək qadınlardan ibarət basketbol millisi tarixində ilk dəfə iştirak edəcəyi Avropa çempionatının B divizionunda qrupdan çıxmağı hədəfləyib”.

Bunu yığmanın baş məşqçisi Evren Alkaya deyib.

Mütəxəssis, qitə birinciliyinin komanda üçün böyük təcrübə olacağını və turnirdə güclü rəqiblərin mübarizə aparacağını vurğulayıb.

“İlk dəfə qatılacağımız Avropa çempionatında çox güclü komandalar yarışacaqlar. Əslində qışda keçirdiyimiz seçmə mərhələ oyunları bu baxımdan bizim üçün çox önəmli idi. Qadın basketboluna uzun illərdir böyük investisiyalar qoyan ölkələrin komandaları ilə qarşılaşacağıq. Demək olar ki, yüksək liqa səviyyəsində çıxış edən basketbolçular bu turnirdə özlərini göstərəcəklər. Biz də mövsüm ərzində bu oyunlara hazırlaşmışıq. Xüsusilə 2007-2008-ci il təvəllüdlü basketbolçulardan ibarət heyətimiz turnirə çox ciddi hazırlaşıb. Rəqibləri də tam təhlil etmişik”, - deyə o report.az-a açıqlamasında söyləyib.

O, millinin turnirdəki əsas hədəflərindən danışıb:

“Qrupumuzda İrlandiya, Albaniya və Yunanıstan yer alıb. Hər bir oyun bizim üçün çox dəyərlidir. Əsas məqsədimiz Azərbaycanı, bayrağımızı ən yaxşı şəkildə təmsil etməkdir. Basketbolçularımız da bunun məsuliyyətini dərk edirlər. İlk hədəfimiz qrup mərhələsini uğurla başa vurmaqdır”.

E.Alkaya hazırlıq prosesi və zədəli basketbolçular barədə də məlumat verib:

“Bu yarış üçün 2 təlim-məşq toplanışı keçirdik. Bunlardan biri Türkiyədə, digəri isə Belarusda baş tutdu. Komanda hazırlıq çərçivəsində 20-dən çox oyun keçirdi. Əlimizdən gələni etməyə çalışdıq. Son 1 ay ərzində 2 nəfər zədələndi. Oyunqurucularımızdan birinin əlində, digərinin isə belində problem var idi. Hazırda onların müalicəsi davam etdirilir. Turnirin startına cəmi bir neçə gün qalıb və inanıram ki, onlar tezliklə sağalıb oyunlarda iştirak edə biləcəklər”.

Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatının B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq. Turnir iyulun 4-12-də Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 İyul 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri