Icma.az
close
up
RU
ƏVVƏL LAVROV, ARDINCA PESKOV... Kreml Trampı “yola gətirməyə” çalışır

ƏVVƏL LAVROV, ARDINCA PESKOV... Kreml Trampı “yola gətirməyə” çalışır

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Ukraynadakı hərbi münaqişənin həlli ilə bağlı ABŞ Prezidenti Donald Trampla əlaqələrin bərpasına ümid etdiyini bildirib.

“AzPolitika” xəbər verir ki, Peskov bu açıqlamanı CNN-ə müsahibəsində verib. O, Moskvanın Vaşinqtonla münasibətləri "Amerika hazır olduğu qədər tez" yaxşılaşdırmağa hazır olduğunu vurğulayıb.

"Biz səmimi qəlbdən ümid edirik ki, Prezident Tramp Ukrayna probleminin siyasi və diplomatik həllini asanlaşdırmağa hələ də hazırdır", - deyə Peskov qeyd edib. O, həmçinin "ikitərəfli münasibətlərin yaxşılaşdırılması, ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açılması"nın vacibliyini vurğulayıb və əlavə edib ki, "hər iki tərəf üçün çox parlaq üfüqlər açılır". Peskov əlavə edib ki, mövcud vəziyyət "vaxt, pul və mənfəət itkisinə" gətirib çıxarır.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bir gün əvvəl oxşar açıqlama verib. Peskovun açıqlaması, Sergey Lavrovun ABŞ-ni Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçiriləcək sammitə hazırlıqları bərpa etməyə çağırmasından qısa müddət sonra verilib.

Xatırladaq ki, bu sammit Rusiyanın Ukraynadakı müharibəni dayandırmaqdan imtina etməsindən sonra ləğv edilib. Lavrov qeyd edib ki, Moskva guya ABŞ-nin görüşü ləğv etməsinin səbəblərini başa düşməyib. O, iddia edib ki, əvvəlki təmaslar zamanı tərəflər "yaxşı və nəzakətli söhbət aparıblar, Ankoric anlaşmalarına əsaslanaraq irəliləyişləri təsdiqləyiblər" və artıq xarici siyasət, müdafiə və kəşfiyyat orqanlarının nümayəndələri arasında danışıqlara keçməyi planlaşdırırlar: "Lakin bunun əvəzinə görüşün mənasız olduğu barədə bir açıqlama verildi".

Lavrov həmçinin Britaniya mediasını Kremlin maksimalist tələbləri səbəbindən sammitin ləğv edildiyi barədə "informasiya kampaniyası aparmaqda və yalanlar yaymaqda" günahlandırıb.

Bundan öncə “Reuters” xəbər vermişdi ki, Tramp Rusiyanın güzəştə getmək istəmədiyi, "çox şey istədiyi" və hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatları dayandırmaqdan imtina etdiyi aydın olduqdan sonra Budapeşt sammitini ləğv edib. Agentliyin məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Lavrovla telefon danışığından sonra Trampa Putinlə sammiti ləğv etməyi tövsiyə edib. Budapeşt görüşünün ləğvindən sonra Vaşinqton Trampın Ağ Evə qayıtmasından bəri ilk dəfə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri