Icma.az
close
up
RU
Lavrov yola salınır?

Lavrov yola salınır?

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bu il 75 yaşı tamam olacaq nazirin yerinə iddialar kimlərdir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il vəzifəsindən azad edilə bilər.

Milli.Az bildirir ki, bu barədə  Rusiya nəşri yazıb. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Lavrovu istefaya göndərmək istəyir.

2004-cü ildən Xarici İşlər Nazirliyinə rəhbərlik edən Sergey Lavrovun mümkün istefası ilə bağlı son illər çox yazılıb. Kreml isə ənənəvi olaraq bu cür iddialara  "şayiə kimi baxmağı" tövsiyə edib. Bundan əvvəl  Telegram kanallarının birində  iddia olunurdu ki,  Lavrovun yerini müavini Mixail Qaluzin və nazir müavini Andrey Rudenkonun namizədlikləri müzakirə olunur. İstefasından sonra Lavrovun təqaüdə deyil məsələn, Rusiya Təhlükəsizlik Şurasında fəxri vəzifə tutaca biləcəyi də deyilirdi. Xarici İşlər Nazirliyinə "prezident administrasiyasından bir şəxs"in rəhbərlik edə biləcəyi də istisna olunmurdu. Prezident Vladimir Putin 2021-ci ildə adı Vahid Rusiya Partiyasını siyahısında ilk beşlikdə olan və deputat seçilən  Lavrovun Dumaya getməsinə imkan vermədi, onu  XİN rəhbəri saxladı.

Lavrov  son olaraq Doha Forumunda  bu məsələ barədə danışıb.  O deyib ki, 2024-cü ildə nazir kimi işləməsinin 20 ili tamam olub.  "Ölkəmin mənə ehtiyacı olduğu müddətcə mən ona xidmət edəcəm"  Lavrov deyib. 

"Əgər Lavrov dəyişdirilərsə, bu, siyasi yox, belə demək mümkünsə,  texniki qərar  olacaq. Yəni Rusiya Xarici İşlər Nazirliyinin siyasəti heç bir şəkildə dəyişməyəcək, sadəcə olaraq, başqa texnokratlar tərəfindən həyata keçiriləcək. Ona görə də əvəzləyicinin kim olduğunu təxmin etməyin mənası yoxdur - o, kim olursa olsun, mahiyyət etibarilə eyni Sergey Lavrov olacaq. Düzdür, təcrübəni müqayisə etsək,  Lavrovla müqayisə oluna bilən rəqib görmürəm, amma təcrübə əldə edilə bilən bir şeydir".

Bu ilin Novruz bayramında 75 yaşı tamam olacaq  Sergey Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.

Lavrovun erməni babası uzun illər Tiflis Dumasının deputatı olub. İ Ailə daxilində rus dilindən geniş istifadə olunduğu üçün Lavrov erməni dilini öyrənə bilməyib. Qeyd etmək lazımdır ki, Lavrovun rus milliyyətindən olan anası o dövrlərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 

Sergey Kələntərovun Sergey Lavrova çevrilməsi isə belə olub.   Sergey Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə, onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurub. Vikor Lavrov 5 yaşlı öğey övladına öz soyadını verir və beləliklə Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edib.

Onlar tezliklə Moskvaya vilayətinə köçürlər. Vilayətin Noginsk şəhərində ingilis dili təmayüllü orta məktəbi bitirən Sergey Lavrov 1967-ci ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub.  İnstitutu bitirən Lavrov  1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyir. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub  və bu postda 10 il çalışıb.  2004-cü il fevralın 24-də Vladimir Putin Nazirlər Kabinetini istefaya göndərir. Martın 9-da isə prezident yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Sergey Lavrov Rusiya xarici işlər naziri təyin olunub.    /Musavat.com

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri