Icma.az
close
up
RU
Əvvəl Polşa, indi də Rumıniya... Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Əvvəl Polşa, indi də Rumıniya... Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər cərəyan edən proseslər göstərdi ki, Rusiya artıq Ukrayna ilə kifayətlənməyərək, NATO ölkələrini də hədəf almağa başlayır.
Rusiyanın sentyabrın 10-da Polşaya, ardınca da Rumıniyaya PUA hücumu belə düşünməyə əsas verir.
 

MÖVZU İLƏ BAĞLI:
Peskov: “NATO Rusiya ilə defakto müharibə aparır”


Kreml bununla Qərbin gücünü, birliyini sınağa çəkməyi düşünüb və demək olar ki, bu istəyinə də ümumən nail olub. Çünki bir tərəfdən, bu PUA hücumları NATO-nun prosesə hazırlıqsız olduğunu ortaya qoydu. Digər tərəfdən isə, NATO-nun əsas dayağı sayılan ABŞ-ın baş verənlərə reaksiyası da NATO-nun təşvişə düşdüyünü göstərdi. 
Bəzi ekspertlər Rusiyanın bu addımını “qaynadılan qurbağa” eksperimentinə bənzədirlər.
Qeyd edək ki, sözügedən eksperimentə əsasən, qurbağa qaynar suya atıldıdıqda, dərhal ordan çıxmağa çalışır. Lakin onu soyuq suya qoyub, istiliyi yavaş-yavaş artırsaq, qurbağa təhlükəni hiss etmədən, yavaş-yavaş öləcək.
Yəni Rusiya da, NATO-nu yavaş-yavaş “sıxmaq”la oxşar təcrübəni həyata keçirir.
Görəsən, Kreml bu addımlarına davam edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Qərblə Şərq əbədi düşmənlərdir və hazırda bu mübarizədə Qərb uduzan tərəfdir.
“Vaxtaşırı Şərqlə Qərbin toqquşması baş verir. Ən azı hər 100 ildən bir onlar arasında toqquşma baş verir. Napoleon dövrünü, hər iki dünya müharibələrini yada salaq. Məsələ ondadır ki, onlar ekzestensial, yəni əbədi düşməndirlər. Hər ikisi də çalışır ki, bir-birini zəiflətsin və bu prosesdə indilikdə Qərb bir qədər geriləyir.
Adətən Rusiyanın bacarığı qarşıdurma kampaniyasına qatıldıqdan sonra güclənir. Təcrübələr də göstərir ki, onlar qarşıdurma zamanı özlərini toparlaya, səfərbər edə, yox yerdən qeyri-adi gedişlər edə bilirlər. NATO isə süst vəziyyətdədir.
Onların müqavimət bacarığı aşağı səviyyədədir. Rusiya da bunu bilir. Onun hərbi sənayesi intibah dövrünə qədəm qoyub. Odur ki, proseslərin fövqündə Rusiyanın artıq qorxmadığını görürük və onlar prosesdən geri çəkilmir. Ölkə daxilində də müharibə əhval-ruhiyyəsi hökm sürür”.
Bu səbəbdən həmsöhbətimiz Polşa və Rumıniyanın ardınca anoloji və hətta daha kəskin vəziyyətlə digər NATO ölkələrinin üzləşəcəyini də istisna etmədi:
“Bu baş verəcək, çünki qaçılmazdır. NATO Rusiyadan qorxur. Tramp Amerikası da Avropanı yalnız qoyur. O ölkələr ki, Rusiyaya qarşı çıxaraq Qərbin yedəyində gedib, onların hamısı Moskva tərəfindən nəzərə alınır. Süjet xətti gərginləşir. Belədə ən gözlənilməz gedişləri də görə bilərik. Bu da böyük dünya müharibəsi anlamına gələn bir qarşıdurmadır”.
Moskva Qərbə meydan oxumaq iqtidarındadır.
Həmsöhbətimizin fikrincə, Rusiya göstərdi ki, o zəifləmir, əksinə güclənir:
“Onun böyük xammal ehtiyatı var, onlar həmçinin ustalıqla ixracı əvəzetmə sistemini qüvvəyə mindirə biliblər”.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Sentyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri