Icma.az
close
up
RU
Avropa savaş astanasında : Rusiyanın növbəti hədəfi Polşa?

Avropa savaş astanasında : Rusiyanın növbəti hədəfi Polşa?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün öncə Polşanın hava sərhədlərini pozaraq ərazisinə daxil olan Rusiya dronları iki ölkə arasında təhlükəsizlik tədbirlərini daha da gücləndirib.

Hələ, 2022 ci ildə başlayan Ukrayna müharibəsi fonunda Varşava Moskvanın əsas rəqiblərindən idi. Bu ölkə Kiyevə əsas silah və texnika tədarükçüsü, hərbi təlimlərə mütəxəssislər göndərən, müxtəlif hərbi dəstələrlə dəstək göstərən sayılır.

Həm də Polşa üçün Ukrayna Rusiya qarşısında bir sədd, bufer zona rolunu oynayır. Kiyev olmasa O artıq müdafiəsiz qala və müstəqilliyi sual altına düşər.

Belarus ilə həmsərhəd olduğu üçün əsas hərbi gücünü buraya fokuslandıran Polşa üçün Ukraynaya yardım, NATO ilə əməkdaşlığı genişləndirmək, Minsk və Moskvaya qarşı hərbi gücünü artırmaq xarici müdafiə siyasətinin əsas hissəsidir.

Son günlərdə isə Rusiyanın NATO ilə sərhəd ərazilərində hərbi təlimlər planlaması, Baltikyanı Ölkələr və Polşanın hərbi qüvvələrinin daha fəallaşması, “müharibə ola bilərmi? “sualını ortaya çıxarır.

Rusiya hazırda Ukrayna ilə müharibə şəraitində olduğu, 400 min nəfərlik qüvvəsini ələ keçirilmiş ərazilərdə (işğal edilmiş torpaqların sahəsi ümumi 100 min kvadrat kilometr civarında) yerləşdirdiyi üçün ikinci münaqişə mənbəyinin var olmasında maraqlı deyil.

Lakin, digər tərəfdən NATO nun güclü hərbi iqtisadiyyatı, texnika və silah sursat istehsalı həcminin yüksək həddə olması, Dünyanın bir nömrəli hərbi gücü olan ABŞ nin ittifaqa başçılıq etməsi və maliyyə dəstəyi ayırması, yeni ölkələri xüsusilə Rusiya ilə sərhəd Finlandiyanı tərkibinə qatması nəticəsində Alyansın son illər ərzində daha da güclənməsi Moskvanın siyasi geopolitik cəhətdən sıxışdırılması deməkdir.

Faktiki olaraq, NATO nun strateji silahları, hərbi baza və qüvvələri onun sərhədində yerləşdirilmiş, ölkənin daxilinə birbaşa olaraq nəzarət imkanı yaranmışdır.

Ukrayna isə artıq İttifaqın faktiki himayəsi altındadır.

Rusiya Polşaya hücum edərsə, Kiyevə göndərilən NATO yardımları təkcə bir istiqamətə deyil, ikincisinə də yönləndiriləcək Beləcə

1)Alyansa daxil ölkələrdə sosial narazılıq arta, iqtisadi sanksiyaların əks təsiri fonunda yaranan böhranın növbəti müharibə ilə daha da artması ictimai etirazları genişləndirə bilər.

2) İttifaqın hərbi iqtisadiyyatı, silah sursat istehsalı böyük zərbə altına düşə, böyük tələbatı qarşılaya bilmədiyi üçün çökə bilər

3)Üzv ölkələrdə rifah və yaşam səviyyəsi hərbi fövqəladə vəziyyət üzündən kəskin enə bilər

4)Polşa Ukraynaya əsas dəstəkçi ölkələrdən olduğu üçün Onun müharibəyə cəlb edilməsi ilə Kiyev müdafiəsinin əsas hissəsindən məhrum olacaq, müxtəlif Polyak hərbi qruplaşmalarının dəstəyi kəsiləcək.

5)Ukraynanın şimal qərb sərhədlərində Polşa ərazilərinin işğalı ilə ölkəni hər iki tərəfdən hərbi sıxışdırmaya məruz qoya, ölkənin həmin yeni istiqamətlərdən də işğalına başlaya bilər beləliklə, Kiyev hərbi qüvvələrinin parçalanmasına və müxtəlif istiqamətlərə cəlb olunaraq zəif düşmələrinə səbəb ola bilər

Belarusiya və Rusiya hazırda NATO a qarşı İttifaq kimi birgə hərbi təlimlər keçirir, ümumi ordu sistemi yaradıblar.

Moskva Minskdən Avropaya nəzarət və dayaq nöqtəsi kimi baxır. Kalininqrad Rusiyanın anklav bölgəsi olaraq Baltikyanı ölkələrin cənubuna və Polşaya təsir imkanı təqdim edirsə, Belarus daha geniş arela bu imkanı verir.

Əgər, Moskva hər iki ərazidən istifadə edərək Polşa Litva arasında yerləşən 104 km lik Suvalki ərazisini tutarsa həm Baltikyanı Ölkələrin NATO nun digər üzvlərinə birbaşa quru çıxışını kəsmiş olur, həm də Varşavanın şərq sərhədlərinin qorunma imkanını və gücünü minimuma endirə bilir.

NATO ölkələri daxilində hazırda Ukraynada gedən müharibəyə görə edilən böyük həcmli milyardlarla dollarlıq yardımlardan və Rusiyaya tətbiq edilən sanksiyalara görə yaranan böhrandan narazı kütlənin sayı əhəmiyyətli dərəcədədir və növbəti müharibə bu sayı daha artıra onları meydana çıxmağa yardımları dayandırmağı tələb etməyə məcbur edə bilər deyə Moskva Polşa vasitəsilə ikinci müharibə dairəsi yaratmaqda maraqlıdır.

Hazırda Finlandiya da Rusiyanın şimal sərhədlərində hərbi təlimlər keçirməyə başlamışdır və bu isə qarşı tərəfə” əgər Polşaya hücuma keçsəniz Biz də NATO ilə birgə şimal sərhədlərinizə hücuma keçəcək, Baltik dənizinə çıxışınızı bloklayacağıq “ultimatumu deməkdir.

Bir sözlə, əgər tərəflər güzəştə getməzsə, hərbiləşdirmə dayandırılmazsa Avropada böyük müharibənin baş vermə ehtimalı yüksəkdir.

Siyasi şərhçi: İsa İsmayılzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Sentyabr 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri