Əvvəl uşaqları göndərirdilər, indi isə... Yay düşərgələri niyə bağlanıb?
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Sovet dövründə Azərbaycanda fəaliyyət göstərən 56 pioner düşərgəsi müstəqillik illərində tədricən fəaliyyətini dayandırıb və hazırda Pirşağıdakı "Lokomotiv" düşərgəsi də daxil olmaqla onların əksəriyyəti baxımsız vəziyyətdədir.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, keçmişdə uşaqların yay tətillərini səmərəli keçirməsi, idmanla məşğul olub sosiallaşması üçün böyük rol oynayan bu mərkəzlərin bağlanması şagirdlərin yayda asudə vaxtlarının səmərəsiz keçməsinə, onların texnologiyadan asılı qalmasına səbəb olur.
Təhsil eksperti Leyla Quliyevanın sözlərinə görə, bu layihələr 9-14 yaşlı şagirdlər üçün planlaşdırılırdı:
"Şagirdlər orada yeni biliklər və dostlar qazanırdılar. Bu cür düşərgələrin məktəblilərin dünyagörüşünün artmasına, cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına çox böyük müsbət təsiri var idi. Təəssüf ki, hazırda bu düşərgələr fəaliyyətini dayandırıb. Çox istərdik ki, bu proqramlar yenidən bərpa olunsun və şagirdlərimiz asudə vaxtlarını səmərəli keçirə bilsinlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 İyun 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















