Icma.az
close
up
RU
Yay düşərgələri hədəflərinə nail olur

Yay düşərgələri hədəflərinə nail olur

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

61 ölkənin gəncləri bir ideya ətrafında birləşdi


Azərbaycançılıq ideyasının təbliği


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti Vətən sevgisinin ən uca zirvəsinin təcəssümüdür. İstər sovetlər dönəmində Azərbaycan siyasi hakimiyyətində tutduğu yüksək vəzifələr, istərsə də Azərbaycan müstəqilliyini bərpa etdikdə xalqın təkidi ilə hakimiyyətə qayıdışı və xalqımızın yekdil seçimi ilə ölkə prezidenti seçildikdən sonra Ulu Öndər daim Azərbaycanın maraqlarını yüksəkdə tutub. Müasir dövrdə azərbaycançılıq ideyasının bərqərar olması və möhkəmlənməsi də Ulu Öndərin adı ilə bağlıdır. 

Ümummilli Liderin çıxışları zamanı daim gənclərə Vətəni sevməyi tövsiyə etməsi, hər bir vəzifəli şəxsdən də öncə Azərbaycan maraqlarını nəzərə almalarını tələb etməsi vətəndaşlarımızın məsuliyyətli davranmasını şərtləndirib. Ulu Öndərin çıxışlarının birində sevimli şairimiz Səməd Vurğunun  “Azərbaycan” şeirini söyləməsi isə bu gün Vətən sevgisinin rəmzinə çevrilib. Təsadüfi deyil ki, keçirilən yerli və beynəlxalq tədbirlərin bir çoxunda məzmuna uyğun olaraq Ulu Öndərin bu şeiri söyləməsi dinləndirilir, bununla da Azərbaycan – Vətən sevgisi təsdiqlənmiş olur. Bu yay mövsümündə müxtəlif qurumlar tərəfindən təşkil olunan yay düşərgələrinin mövzuları arasında Vətənə bağlılıq və azərbaycançılıq ideyası əsas qayələrdən biri idi. Sevindirici budur ki, yay düşərgələrinin keçirilməsi Azərbaycan ərazisi ilə məhdudlaşmadı. Sərhədləri aşaraq qonşu ölkələrdə də təşkil edildi və düşərgələrə qonşu dövlətlərin ərazisində yaşayan azərbaycanlılar, həmçinin digər xalqların nümayəndələri də iştirakçı qismində dəvət edildilər. Məsələn, Gürcüstanın Dmanisi rayonunda bu ölkədə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə Yay Düşərgəsi təşkil olunub. Düşərgədə  Marneuli, Rustavi, Laqodexi, Bolnisi, Qardabani, Saqareco və Dmanisidə yaşayan 25 gənc iştirak edib. Düşərgənin proqramına Azərbaycan dili dərsləri, əyləncəli, intellektual oyun və yarışlar, müxtəlif istiqamətli təlimlər daxil olub. 


Düşərgənin 1-ci günündə iştirakçılar Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. “Dmanisi Tədris Mərkəzi”nin rəhbəri Kamran Xıdırov gənclər qarşısında çıxış edərək düşərgənin əhəmiyyəti barədə danışıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sabit Məmmədov Gürcüstanda yaşayan gənclərimizin hərtərəfli inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsində əhəmiyyətini qeyd edib. Düşərgənin müxtəlif günlərində tarixçi Alxan Məmmədov “Gürcüstan azərbaycanlılarının tarixi”, “Qanun” Hüquqi Yardım Mərkəzinin vəkili Əli Bədirov isə “Gürcüstan qanunları və Konstitusiyası” mövzularında mühazirə ilə çıxış ediblər. İştirakçılar düşərgə müddətində Dmanisi tarix muzeyinin fəaliyyəti ilə tanış olub, Dmanisi Milli Parkında təşkil olunan əyləncəli proqramda iştirak ediblər. Gənclər daha sonra Dmanisi Sionisini ziyarət edərək qədim insanların məskənləri və arxeoloji tapıntılarla bağlı məlumat alıblar. Gənclər Borçalı aşıq məktəbinin nümayəndəsi aşıq Kamandarla (Qurbanov) da görüşüblər. Aşıq Kamandarın Azərbaycan aşıq sənəti barədə çıxışı gənclərdə bu sənətə qarşı böyük maraq oyadıb. Düşərgə iştirakçıları Ülkər Məmmədova, Cavan Nəbiyev və Həmayıl İbrahimova yerli mətbuata müsahibələrində düşərgənin onlar üçün yeni dostluqlar qurmaq, faydalı biliklər qazanmaq, tarixi məlumatlarla tanış olmaq və təcrübə əldə etmək baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Yay Düşərgəsi işini yekunlaşdırıb və sonda gənclərə sertifikatlar təqdim edilib. Qeyd edək ki, düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub.  Sevindirici məlumatlardan biri də budur ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi Nicat Kərimli Gürcüstanın Anaklia şəhərində keçirilən “Gürcüstan-Azərbaycan gənclərinin yay düşərgəsində” iştirak edib. Ölkəmizi düşərgədə digər gənclərlə birlikdə layiqincə təmsil edən İqtisadiyyat və menecment fakültəsinin tələbəsi N.Kərimli düşərgə müddətində komanda quruculuğu sessiyaları və idman oyunları üzrə müsabiqələrdə iştirak edib. Düşərgənin açılışında Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gürcüstanın təhsil, elm və gənclər nazirinin birinci müavini Levan Girsiaşvili gənclərlə görüşərək onların suallarını cavablandırıblar. Qeyd edək ki, tədbirin əsas məqsədi hər iki ölkənin gəncləri arasında mədəni və ictimai əməkdaşlığı gücləndirmək, dostluq əlaqələrini möhkəmləndirmək, təcrübə mübadiləsi aparmaq və ortaq təşəbbüsləri dəstəkləmək olub. Bu günlərdə Azərbaycan gəncləri daha bir mötəbər tədbirdə iştirak edərək Vətənimizi təmsil ediblər. Sentyabrın 3-4-də Yaponiyada, “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan pavilyonunda Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “İrsi qoruyanlar” Gənclər Proqramı ilə gənclərimizi təmsil edir. Bu günlər ərzində Azərbaycan gəncliyinin uğurları, görülən işlər və imkanlar barədə təqdimatlar, görüşlər, milli-mənəvi dəyərlərimizin, irsimizin, yaradıcılığımızın təbliği məqsədilə sessiyalar təşkil olunur, həmçinin “Müasir Azərbaycan gənci” layihəsinin xüsusi buraxılışı üçün çəkiliş aparılır. Dünya sərgisində dəyərlərimiz, yaradıcılığımız və innovativ düşüncəmiz gənclərin təşəbbüsləri vasitəsilə təqdim edilir. Yay mövsümü ərzində gənclərin azərbaycançılıq ideyasından bəhrələnməsi istiqamətində bir çox mühüm işlər görülüb. Diaspor Gənclərinin VI Yay Düşərgəsi də bu qəbildən olan tədbirlərdəndir. Qeyd edək ki, avqust ayında Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor Gənclərinin VI Yay Düşərgəsi baş tutub. Bununla bağlı komitənin  məlumatında bildirilir ki, Xankəndi şəhərində təşkil olunan düşərgənin bağlanış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək gənclərin inkişafının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsi, diaspor şəbəkələrinin genişləndirilməsi, icmalaşma prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətini qeyd ediblər. Mərasimdə düşərgə ilə bağlı geniş videomaterial göstərilib, iştirakçılara və diaspor könüllülərinə sertifikatlar, intellektual oyunların qalibi olan “Xankəndi” və “Zəfər” komandalarına hədiyyələr təqdim edilib. Xankəndi şəhərindən böyük təəssüratla ayrılan düşərgə iştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz bir həftə keçirdiklərinə, dünya azərbaycanlı gəncləri ilə bir araya gəldiklərinə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bu layihənin uzunömürlü olmasını arzulayıblar. Gənclər Qarabağın işğalı, müharibə və postmüharibə dövrü ilə bağlı müfəssəl məlumat almaq, işğaldan azad olunan ərazilərə həyatın yenidən qayıtdığını, regionda sülh və ədalətin bərpasını müşahidə etmək üçün düşərgənin böyük fürsət olduğunu dilə gətiriblər. Düşərgə iştirakçıları, həmçinin Prezident İlham Əliyevin ABŞ-dəki görüşünü - möhtəşəm tarixi anları böyük maraq, coşqu və həyəcanla izləmələrini, 61 ölkəni təmsil edən bu qədər gəncin dövlət başçısını bir arada dəstəkləməsini həyatlarının unudulmaz anı kimi xatırlayacaqlarını ifadə ediblər. Diaspor Gənclərinin VI Yay Düşərgəsinə 61 ölkədən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqları təmsil edən gənclər qatılıb. Gənclərin düşərgə çərçivəsində Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş rayonlardakı nümayəndələri ilə, diplomatlarla, ölkəmizin görkəmli mədəniyyət xadimləri və məşhur idmançılarla, şəhid ailələri və qazilərlə, Xankəndidə, eləcə də Qərbi Azərbaycanda doğulub-böyüyən ziyalılarla görüşləri təşkil olunub. Onlar, eyni zamanda, işğaldan azad olunan rayonlara səfər edib, Azərbaycan dili dərslərində, əyləncəli, intellektual oyun və yarışlarda, müxtəlif istiqamətli təlimlərdə biliklərini artırıblar. Diaspor gənclərinin bundan əvvəlki yay düşərgələri Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin irihəcmli və uzunmüddətli layihələrindən olan Diaspor Gənclərinin Yay düşərgələri həm ölkə daxilində, həm də diaspor arasında böyük rəğbətlə qarşılanıb, xüsusi marağa səbəb olub. Bu cür tədbirlər gənclərimizin azərbaycançılıq ideyası ətrafında birləşməsinə və bu amala xidmət etməsinə səbəb olur. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının bu ideyanı həyat qayəsi bilməsi və onun möhkəmlənməsinə xidmət etməsi vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Sentyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see312

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see302

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see276

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see267

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see250

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see229

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see227

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see224

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see221

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see215

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see212

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see203

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see199

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see196

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see181

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see176

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see168

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see163

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see163

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri