Icma.az
close
up
RU
Əvvəlcə Afrikaya yayılacaq, Avropa müdafiəsiz qalacaq Mendes qorxunc ssenarini açıqladı

Əvvəlcə Afrikaya yayılacaq, Avropa müdafiəsiz qalacaq Mendes qorxunc ssenarini açıqladı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sudan müharibəsi Afrika üçün xəbərdarlıqdır: “Müsəlman Qardaşları” və İran dövlətin dağılmasından silah kimi necə istifadə edir?

Afrika həlledici mərhələyə qədəm qoyur. Qitənin geniş təbii sərvətləri, demoqrafik impulsu və strateji coğrafiyası onun üçün fövqəladə potensial yaradır. Lakin məhz bu keyfiyyətlər onu zəif institutlar, ideoloji radikalizm və uzunmüddətli münaqişələr sayəsində xarici güclər və transmilli hərəkatların hədəfinə çevirib. Saheldən Afrika buynuzuna qədər ekstremist islamçı doktrinalardan ilhamlanan silahlı qruplar “Müsəlman Qardaşlar”la əlaqəli siyasi islamçı şəbəkələrin dəstəyi və İranın təsiri ilə fəaliyyətlərini genişləndirirlər.

Sudandakı müharibə sadəcə daxili fəlakət deyil. Bu, Afrikada dövlətlərin süqutunun mümkün-olub olmadığını yoxlamaq üçün ilkin sınaqdır. Sudan böhranı kökündən həll edilməsə, nəticəsi yalnız Xartumda hiss edilməyəcək. Əvvəlcə bütün Afrikaya yayılacaq və zamanla birbaşa Avropaya təsir edəcək.

Beynəlxalq nöqteyi-nəzərdən Sudan münaqişəsi Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında gedən mübarizə kimi təsvir edilir. Bu təhlükəli narrativdir. Bu, müharibənin yaranmasına əsas səbəb “Müsəlman Qardaşları”nın dövlət daxilində dərin kök salmasıdır. General Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi hərbi rejim sadəcə ideoloji fəaliyyət göstərmir. Onun əsasında onilliklər ərzində dövləti ələ keçirmək strategiyasını təkmilləşdirən təşkilatlanmış güc dayanır. Bu gün Sudandakı proseslər qitənin başqa yerlərində müşahidə olunan sxemə uyğun baş verir.

2023-cü ilin aprelində tammiqyaslı döyüşlərin başlamasından bəri, “Müsəlman Qardaşlar” Sudan ordusunun əməliyyat, kəşfiyyat və siyasi strukturuna yerləşib. Təşkilatla əlaqəli şəbəkələr minlərlə keçmiş kəşfiyyat zabitini, islamçı kadrları və əvvəlki cihad kampaniyalarının veteranlarını Sudan Silahlı Qüvvələri tərəfində döyüşmək üçün səfərbər edib. Bu bölmələr rəsmi hərbi kanallar vasitəsilə silah, maliyyə və lojistik dəstək alıb və bu da dövlət qüvvələri ilə islamçı milislər arasındakı fərqi aradan qaldırıb.

Həmçinin müharibə siyasi cəhətdən “xarici agentlər”ə və “İslam düşmənlərinə” qarşı həyati əhəmiyyətli mübarizə kimi təqdim edilib.  Əslində, müharibə təşkilatın milli müdafiə bayrağı altında dövlətə yenidən daxil olması üçün vasitəyə çevrilib.

Bu, yeni bir şey deyil. “Müsəlman Qardaşları”nın hazırkı mövqeyi, Sudanın transmilli cihadçı şəbəkələr üçün dünyanın ən münbit məkanlarından birinə çevrildiyi 1990-cı illərdəki davranışını əks etdirir.

Dr Culia Mendes

Təşkilatın dominantlıq etdiyi sistemin dövründə Sudan 1991-1996-cı illər arasında Üsamə bin Ladenə təhlükəsiz sığınacaq, kommersiya imkanları və əməliyyat azadlığı vermişdir. Bu dövrdə “Əl-Qaidə” Sudanın daxilində dövlətin himayəsi altında geniş maliyyə, kənd təsərrüfatı və təlim infrastrukturu qurmuşdu.

Nəticələri isə qlobal oldu. Nəticədə Sudan 1995-ci ildə Əddis-Əbəbədə Misir prezidentinə qarşı sui-qəsd cəhdi, 1998-ci ildə Keniya və Tanzaniyadakı ABŞ səfirliklərinin bombalanması və 2000-ci ildə USS Cole esminesinə hücumla əlaqələndirildi. Bu əlaqələr Sudanın təxminən otuz il ərzində terrorizmin sponsor dövlət kimi təqdim olunmasına səbəb olmuşdur. “Müsəlman Qardaşlığı” ilə “Əl-Qaidə” arasında ideoloji fərqlər mövcud olsa da, onlar taktiki cəhətdən birləşmişdir. Buradan çıxan dərs aydındır: siyasi İslam dövlətə nəzarəti ələ keçirdikdə, özündən daha radikal və daha zorakı subyektlərə imkan yaradır.

“Müsəlman Qardaşları”nın “HƏMAS” ilə münasibətləri onun militant hərəkatın regional vasitəçisi olduğunu təsdiqləyir. 1990-cı illərin əvvəllərindən başlayaraq Sudanda HƏMAS-ın ofisləri, işçi heyəti və investisiya fondları yerləşirdi. “Müsəlman Qardaşları”nın lideri Həsən əl-Turabi siyasi sponsor və vasitəçi kimi çıxış edərək HƏMAS-ın regional mövqeyini möhkəmləndirməyə kömək etdi. Zamanla HƏMAS güzəştli biznes münasibətlərindən, vergi güzəştlərindən və Sudan şirkətləri və xeyriyyə təşkilatları vasitəsilə məhdudiyyətsiz kapital axınından faydalandı. 2019-cu ildə Ömər əl-Bəşirin devrilməsindən sonra Sudan hakimiyyəti HƏMAS-la əlaqəli firmalar şəbəkəsini dağıtdı və on milyonlarla dollar dəyərində aktivləri ələ keçirdi. Sonrakı sanksiyalar Sudandakı maliyyəçilər vasitəsilə HƏMAS-a təxminən 20 milyon dolların köçürüldüyünü təsdiqlədi. Sudan sadəcə maliyyə mərkəzi deyildi, o, logistika dəhlizi kimi fəaliyyət göstərirdi.

Sünni-şiə fərqlərinə baxmayaraq, “Müsəlman Qardaşları”n İranla münasibətləri strateji praqmatizmə əsaslanıb. Sudan, xüsusən də 2009-2012-ci illər arasında İran silahlarının HƏMAS-a ötürülməsi üçün tranzit məntəqə kimi xidmət edib. İrandan və Qəddafinin devrilməsindən sonra Liviyadan gələn silahlar Sudan ərazisindən Qəzzaya doğru yayılırdı. Bu da İsrailin Sudan ərazisinə hücumlarına səbəb olub. İran üçün Sudan coğrafi dərinlik və Afrikaya çıxış imkanı verirdi. “Müsəlman Qardaşları” üçün İranın dəstəyi təsir gücü, resurslar və regional əhəmiyyət kəsb edib. İdeologiya ümumi düşmənlər və qarşılıqlı mənfəətlə müqayisədə artıq ikinci dərəcəli idi.

Belə nəticəyə gəlmək olar ki, “Müsəlman Qardaşları” əl-Burhan rejiminə xarici təsir göstərmir, bu, onun ideoloji və təşkilati baxımdan onurğasını təşkil edir. “Müsəlman Qardaşları” döyüşçülər, kəşfiyyat təcrübəsi, uzunmüddətli müharibə üçün siyasi motiv və maliyyə və təbliğatı səfərbər edə bilən regional şəbəkələrlə təmin edir. Bunun müqabilində rejim legitimlik, silah və dövlət qurumlarına çıxışı təmin edir və Ömər əl-Bəşir dövründə islamçı hakimiyyətin dəstəklədiyi sövdələşməni davam etdirir.

Afrika üçün bundan daha böyük təhlükə ola bilməzdi. “Müsəlman Qardaşları”nın  doktrinası və İranın təsiri altında olan Sudan, Saheldən Şərqi Afrikaya qədər qitədə fəaliyyət göstərən radikal islamçı hərəkatlar üçün strateji mərkəzə çevrilmək riski daşıyır. Afrika fürsətlər qitəsidir, lakin Sudanda uzun müddət davam edən qeyri-sabitlik militantlığın, kriminal iqtisadiyyatın və proksi müharibələrin yayılmasını sürətləndirəcək. Əgər Afrika ilk bədəli ödəsə, Avropa da müdafiəsiz qalacaq. Miqrasiya problemləri, təhlükəsizlik təhdidləri və transmilli şəbəkələr sərhəd tanımır. Sudan müharibəsinin bir çox döyüş meydanı var, lakin onun ağırlıq mərkəzi aydındır. “Müsəlman Qardaşları”nın Sudan dövləti üzərindəki təsirinin qarşısı alınmayana qədər sülh mümkünsüz olacaq və Afrikanın perspektivləri təhlükə altında qalacaq.

Cenevrə Diplomatik Akademiyasının Afrika Araşdırmaları Direktoru Dr Julia Mendes

Tərcümə etdi: Gülnar Səlimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri