Icma.az
close
up
RU
Tramp Afrikaya getməməsinin səbəbini açıqladı

Tramp Afrikaya getməməsinin səbəbini açıqladı

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikada ağ azlığa qarşı “soyqırım” və “torpaq müsadirəsi” iddialarını əsas gətirərək, bu ölkənin noyabr ayında ev sahibliyi edəcəyi G20 Sammitində iştirak etmək niyyətində olmadığını bildirib.

“Cebheinfo.az” xəbər verir ki, Tramp bunu “Truth Social” hesabında açıqlayıb. O açıqlamasında, "Torpaqların müsadirəsi və soyqırımın əsas gündəm mövzusu olduğu bir halda, bu qədər vacib bir G20 toplantısı üçün Cənubi Afrikaya getməyimizi necə gözləmək olar?",- deyib. Cənubi Afrikada “ağ fermerlərin torpaqlarının qəsb edildiyi və ailələri ilə birlikdə öldürüldüyü” iddialarını yenidən gündəmə gətirən Tramp deyib: "Media bu barədə susur. ABŞ, Cənubi Afrikaya göstərdiyi bütün dəstəyi geri çəkdi. Belə bir vəziyyətdə G20 üçün orada olmağımız mümkündürmü? Mən belə düşünmürəm!" 

Prezident Tramp Cənubi Afrikanın 63 milyonluq əhalisinin 8 faizindən bir qədər çoxunu təşkil edən ağdərili azlığın "qaradərili hökumət tərəfindən irqi ayrı-seçkiliyə məruz qaldığını" iddia edib. Bu azlığın əsas hissəsini əsrlər əvvəl müstəmləkə dövründə bu ərazilərə köçən holland əsilli afrikaner etnik qrupu təşkil edir. Tramp Cənubi Afrika hökumətinin “onlarla pis rəftar etdiyini” iddia edərək, ağdərili Cənubi Afrika fermerlərinə vətəndaşlıq verilməsini təklif edib. ABŞ dövlət katibi Marko Rubio isə martın 15-də verdiyi açıqlamada Cənubi Afrikanın ABŞ-dəki səfiri Ebrahim Rasoolun “persona non-qrata” elan edildiyini açıqlayıb. 

Rasool ölkəsinə qayıtdıqdan sonra verdiyi ilk açıqlamada bu qərarı onun üçün "şərəf nişanı" adlandırıb. O, Trampı ölkə daxilində və beynəlxalq aləmdə “ağların üstünlüyünü müdafiə edən hərəkatın rəhbəri” olmaqda ittiham edib. ABŞ-nin Pretoriyadakı səfirliyi isə ötən həftə verdiyi açıqlamada bildirib ki, Ağ Evin Cənubi Afrikadakı ağ azlıq nümayəndələrini ABŞ-də yerləşdirmək planı çərçivəsində, 67 mindən çox şəxsin adı qaçqın statusu üçün qeydiyyata alınıb. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa isə ABŞ administrasiyasının bu ölkədə ağ azlığa qarşı sıxışdırılma ilə bağlı iddialarını rədd edib. 

Qeyd edək ki, Cənubi Afrikanın sədrlik etdiyi G20 Sammiti 22–23 noyabr tarixlərində Yohannesburq şəhərində keçiriləcək. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri