Icma.az
close
up
RU
Əvvəlcə İrəvan, sonra Tbilisi: Sifariş verilib Qafqaz üçün yeni təhlükə

Əvvəlcə İrəvan, sonra Tbilisi: Sifariş verilib Qafqaz üçün yeni təhlükə

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının parlament seçkilərindəki qalibiyyətinin ardınca ölkədə başlayan aksiyalar regionda narahatlıq doğurub.

Etirazlar fonunda bir çox xarici ölkənin, xüsusilə də Avropa İttifaqı (Aİ) üzvlərinin seçkilərin nəticəsini tanımaması diqqət çəkir.  Hakim partiya isə ayrı-ayrı qanun pozuntuları qeydə alınsa da, bunun seçkinin nəticəsinə təsir edəcək səviyyədə olmadığını açıqlayıb.

Bir müddət öncə də Ermənistanda da müxalifət keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə genişmiqyaslı aksiyalar keçirmiş, lakin heç bir nəticə əldə edə bilməmişdi.

Qonşu Gürcüstanda keçirilən kütləvi aksiyalar Cənubi Qafqaza nə vəd edir? ABŞ və Aİ gürcü müxalifətini regionu qarışdırmaq üçün ayaqlandıra bilərmi? 

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, bir sıra yerli jurnalistlər və ekspertlər hadisələrin miqyasını, həmçinin hazırda de-fakto Gürcüstanın müstəqil hüququn subyekti kimi suverenliyini təhdid etməyə çalışan qrupların potensialını reallıqdan xeyli üstün dəyərləndirirlər:

“Bəzilərinin bunu yazılarının və şərhlərinin daha çox populyarlıq qazanması baxımından etdiyini anlayıram. Amma elələri var ki, hələ də firavan və təhlükəsiz həyatın ünvanını, yaşadığımız bölgəni geosiyasi maraqlarının qanlı arenasına çevirmək istəyən Qərbdə görürlər.


Elçin Mirzəbəyli

Gürcüstanda baş verən proseslərin müəyyən bir mərhələdən sonra səngiyəcəyini düşünürəm. Çünki hazırda etirazların ön cərgəsində yer alan siyasətçilərin və vətəndaş cəmiyyəti institutlarının xeyli hissəsi Gürcüstanın ABŞ, Fransa və digər ölkələrin peykinə çevrilməsini istəmirlər. Onların seçkilərdə və hazırkı aksiyalarda iştirakı, istisnasız olaraq Qərbin sifarişlərini yerinə yetirməklə deyil, hakimiyyətə gəlmək niyyətləri ilə də bağlıdır. Məhz bu səbəbdən də proseslərin emosional yükünün getdikcə azalacağı qənaətindəyəm. Əks təqdirdə seçki gününün sonunda və növbəti gün etirazların ən sərt formasının şahidi ola bilərdik. Lakin bu, baş vermədi.

Səbəblərdən biri də Gürcü Arzusu Partiyasının real qələbəsi və müxalifətin yekdil, vahid qüvvə olmaması ilə bağlıdır. Hesab edirəm ki, sabahdan etibarən etiraz dalğasının səngiməsi prosesinə şahidlik edə bilərik”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri