Əvvəllər 5 günə görülən bu iş 2 saata endirilir
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Azərbaycanda xəzinə ödənişlərinin müddətinin 2 saata endirilməsi hədəflənir.
Axar.az Report-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
"Əvvəllər xəzinədən ödənişlərin həyata keçirilməsi üçün ən azı 5 iş günü tələb olunurdusa, hazırda ödənişlər eyni gün ərzində, orta hesabla maksimum 10 saat ərzində həyata keçirilir. Növbəti ildə bu müddətin 2 saata qədər azaldılması hədəflənir. Elektron müqavilə sistemi ilə yanaşı, yeni xəzinə modulu və elektron mühasibat sistemi də tam istifadəyə verilib. Bu sistemlər zənciri dövlət satınalmaları üzrə müqavilənin imzalanmasından ödənişin həyata keçirilməsinə qədər, eləcə də dövlət aktivlərinin reyestrində uçotun aparılmasına qədər bütün prosesləri əhatə edir, dövlət aktivlərinin vahid məlumat bazasının formalaşdırılmasına xidmət edir", - deyə nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 22 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















