Icma.az
close
up
RU
Əvvəllər həftələrlə qalırdı, indi 24 saata kiflənir Zəhərlənməyə səbəb olur

Əvvəllər həftələrlə qalırdı, indi 24 saata kiflənir Zəhərlənməyə səbəb olur

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son vaxtlar vətəndaşların əksəriyyəti aldıqları çörəyin cəmi bir gün sonra xoşagəlməz qoxu verdiyini və istifadəyə yararsız hala gəldiyini bildirir. Əvvəllər çörək bir neçə gün rahatlıqla istifadə olunurdusa, hazırkı vəziyyət narahatlıq yaradır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov qeyd edib ki, çörəyin tez xarab olması tək səbəblə izah olunmur, bir neçə amilin üst-üstə düşməsi nəticəsində baş verir.
Ekspert bildirib ki, unun keyfiyyəti çörəyin saxlama müddətinə mühüm təsir göstərir:
“Zəif təmizlənmiş, yüksək rütubətli və ya düzgün saxlanmamış un mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaradır. Belə undan bişirilən çörək tez kiflənir və kəskin qoxu verir. İstehsal texnologiyası da önəmlidir. Xəmirin kifayət qədər yoğrulmaması, fermentasiya prosesinin düzgün aparılmaması, bişirmə temperaturunun və vaxtının normadan kənar olması çörəyin içinin ‘xam’ qalmasına səbəb olur ki, bu da onun tez xarab olmasına gətirib çıxarır”.
Fərid Səfərov əlavə edib ki, qatqılar və saxlanma şəraiti də vacib amillərdəndir:
“Bəzi istehsalçılar çörəyin görünüşünü və yumşaqlığını artırmaq üçün texnoloji qatqılardan istifadə edirlər. Qatqılar normaya uyğun seçilmədikdə çörəyin saxlama müddətinə mənfi təsir göstərə, hətta mikrobioloji riskləri artıra bilər. Digər ciddi səbəb isə saxlanma və satış şəraitidir. Çörəyin isti halda qablaşdırılması, rütubətli və havasız yerlərdə saxlanması, açıq şəkildə tozlu mühitdə satılması bakteriya və kif göbələklərinin sürətlə çoxalmasına səbəb olur. Xüsusilə yay aylarında bu risk daha da artır”.
Ekspert vurğulayıb ki, belə çörəklərin istifadəsi mədə-bağırsaq pozuntuları, zəhərlənmə və allergik reaksiyalarla nəticələnə bilər:
“Xoşagəlməz qoxu, yapışqan iç quruluşu və ya kif əlaməti olan çörək qətiyyən istifadə edilməməlidir. İstehlakçılara tövsiyə olunur ki, çörək alarkən istehsal tarixinə, qoxusuna, içinin quruluşuna, satış nöqtəsinin təmizliyinə diqqət etsinlər, evdə isə sərin, quru və havalanan şəraitdə saxlasınlar. Ən əsası, şübhəli görünən çörək ‘israf olmasın’ düşüncəsi ilə istifadə edilməməlidir”.
Qeyd edək ki, çörək tez xarab olsa da, düzgün istehsal və saxlanma şəraitində bu risk minimuma endirilə bilər.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri