Əvvəllər UEFA və FİFA Azərbaycanda yarış keçirməyə icazə vermirdi
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bu gün Azərbaycan beynəlxalq səviyyəli mötəbər idman yarışlara ən uğurlu şəkildə ev sahibliyi etməkdədir. Amma onu da unutmaq olmaz ki, zamanında UEFA və FİFA Azərbaycanda yarış keçirməyə icazə verməyib".
Ölkə.az xəbər verir ki, bunu deputat Eyvaz Qurbanov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan 1992-ci ildə UEFA üzvü olub. Lakin təhlükəsizlik məsələlərində görə 1996-cı ilədək Azərbaycanda futbol yarışlarına icazə verilməyib. "Yarışlar Türkiyənin Trabzon şəhərində Azərbaycan ev sahibliyi ilə keçirilib. İdman sahəsinin infrastrukturunun yaxşılaşdırılması və idmançılarının təhlükəsizliyinin təmin olunmasından sonra UEFA və FİFA Azərbaycanda yarışlar keçirməyə icazə verdi", - deyə o qeyd edib.
Ölkədə idmana diqqətin artırılmasının zəruriliyini vurğulayan edən deputat bildirib ki, 44 günlük qələbə gedən yol da idmanda qazanılan qələbə hesabına nail olunub. "İdman yeganə sahədir ki, ölkənin daxilində və xaricində milli birliyə səbəb olur. Biri olimpiya çempionu olanda iqtidar da, müxalifət də eyni səviyyədə sevinir. Ona görə də idmana böyük diqqət yetirilir",- o bildirib. Eyni zamanda əlavə edib ki, qələbələrin davamı üçün uşaq idmanının inkişafına diqqət yetirilməlidir.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 18 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















