Əvvəllər, Azərbaycanda qış turizmindən söhbət belə gedə bilməzdi ŞƏRH EDİLDİ
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycanda qış turizminin getdikcə zəngin inkişaf mərhələsinə qədəm qoyduğunu müşahidə edirik. Əvvəllər, ümumiyyətlə, Azərbaycanda qış turizmindən söhbət belə gedə bilməzdi. Amma hazırda ölkəmizdə Qəbələ, Qusar və Naxçıvan istiqamətində üç əsas qış-yay turizm kompleksi fəaliyyət göstərir və bu komplekslər yüksək səviyyədə turistlərə xidmət göstərirlər". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda cənab Prezidentin özü şəxsən Qusar istiqamətində, Şahdağ və xizək komplekslərində olub: "Tezliklə isə Azərbaycanda xizək sürmə üzrə dünya çempionatının keçirilməsi planlaşdırılır ki, bu da ölkəmizdə qış turizminin nə qədər inkişaf etdiyini aydın şəkildə göstərir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, festivallar və çempionatlar ölkəmizə turist axınının artmasına səbəb olur. Bu da birbaşa olaraq dövlət büdcəsinə əlavə gəlirlər gətirir və regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.
Eyni zamanda, qış turizminin inkişafı regionlarda yeni iş yerlərinin açılmasına, yerli əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və xidmət sektorunun genişlənməsinə şərait yaradır. Otelçilik, nəqliyyat, ictimai iaşə və əyləncə sahələrində canlanma müşahidə olunur ki, bu da regional iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir. Bundan əlavə, müasir infrastrukturun yaradılması və beynəlxalq standartlara uyğun xidmətlərin təşkili Azərbaycanın turizm imicini gücləndirir və ölkəmizi ilboyu cəlbedici turizm məkanına çevirir. Bütün bunlar göstərir ki, qış turizmi artıq Azərbaycanın turizm strategiyasında mühüm istiqamətlərdən birinə çevrilib və yaxın illərdə bu sahənin daha da inkişaf edəcəyi gözlənilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Yanvar 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















