“Exit poll”: Liberal Demokrat Partiyası parlamentdə üstünlüyü təmin edib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pekin, 8 fevral, AZƏRTAC
NHK televiziya kanalının keçirdiyi “exit-poll” sorğusunun nəticələrinə əsasən Yaponiyada növbədənkənar parlament seçkisində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) koalisiyası Nümayəndələr Palatasında üstünlüyü təmin edib.
AZƏRTAC xəbər verir ki, növbədənkənar seçkilərlə əlaqədar səsvermə prosesi yerli vaxtla saat 20:00-da başa çatıb. Hazırda səslərin sayılması prosesi gedir.
Qeyd edək ki, fevralın 8-də Yaponiyada növbədənkənar parlament seçkisi keçirilib. Parlamentin aşağı palatasına seçilmək üçün 1284 namizəd 465 yer uğrunda mübarizə aparıb. Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçilməlidir. Hakim LDP seçkiyə Yaponiya İnnovasiya Partiyası ilə koalisiya ilə gedib. Parlamentdə çoxluq qazanmaq üçün ən azı 233 yerə sahib olmaq lazımdır. Təxminən 70 il Yaponiyada hakimiyyətdə olan LDP bu seçkidə həm də daha güclü müxalifətlə mübarizə aparıb. Partiyanın 26 illik koalisiya ortağı olan Komeito partiyası ötən ilin oktyabrından müxalif Konstitusiya Demokrat Partiyası ilə parlamentdə əsas müxalifət blokunu yaradıb.
Qeyd edək ki, yanvarın 23-də Baş nazir Sanae Takaiçi parlamentin aşağı palatasının buraxılması və növbədənkənar seçkilərin fevralın 8-nə təyin olunması planı təsdiqləyib. Aşağı palataya son seçki 2024-cü ilin oktyabrında keçirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 08 Fevral 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















