ABŞ seçkiləri: Demokrat Partiyası üstünlük qazanıb
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Demokratlar Nümayəndələr Palatasında 162, respublikaçılar isə 102 mandat qazanıb
ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 162, respublikaçılar isə 102 mandat əldə ediblər.
AYNA.AZ “Associated Press“ə istinadən bildirir ki, Senatda demokratlar 51, respublikaçılar isə 39 mandata sahibdirlər.
Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 22, respublikaçılar 11 yerə sahibdirlər.
“Bloomberg”in proqnozuna görə, Demokrat Partiyası ABŞ Senatında ən azı 51 yer (100 yerdən) qazanır və bu da ona nəzarəti ələ keçirməyə imkan verəcək. Nəşr yazıb ki, demokratlar Konqres üzərində tam nəzarəti ələ keçirməyə, demək olar ki, əmin görünürlər ki, bu da Trampın iki il əvvəl Ağ Evə qayıtmasından bəri Vaşinqtonda onun hakimiyyətinə ilk real təhlükədir.
Demokratların respublikaçıların dayaq nöqtələri hesab edilən ştatlarda - Kanzas, Texas, Cənubi Karolina, Şimali Karolina, Ayova və Ohayoda yer qazanacağı proqnozlaşdırılır. Lakin “Bloomberg” qeyd edir ki, seçki kampaniyası zamanı respublikaçılar hazırkı ABŞ Prezidenti Donald Trampdan uzaqlaşmağa çalışıblar .
Daha əvvəl analitik şirkət “Decision Desk HQ” Demokrat Partiyasının ABŞ Nümayəndələr Palatasında çoxluq qazanmaq şansının 84 faiz olduğunu proqnozlaşdırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 06 Noyabr 2026 02:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















