Əxlaqsız videoları ilə tanınan qadın siyasətə qoşuldu
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Peruda fəaliyyət göstərən pornomodel Karen Paniagua siyasətə qoşulmaq qərarına gəlib.
Milli.Az xəbər verir ki, 27 yaşlı Kaner ölkənin Konqresinə "Vətən irəli Sosial İnteqrasiya Partiyası"ndan namizədliyini irəli sürüb.
O, OnlyFans platformasında paylaşdığı videolarla tanınsa da, artıq ölkəsinə fayda vermək istədiyini bildirir.
Karen Paniagua açıqlamasında siyasi fəaliyyətə ciddi yanaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, qarşıdakı mərhələ böyük məsuliyyət, yeni sınaqlar və imkanlar deməkdir. Model bu imkanlardan ölkəsinin inkişafı üçün istifadə etməyi planlaşdırır.
Məlumata görə, Paniagua biznes psixologiyası ixtisası üzrə ali təhsil alıb. Hazırda o, Perunun Tətbiqi Elmlər Universitetində biznesin idarəedilməsi sahəsində təhsilini davam etdirir.
Qeyd edək ki, Paniaguanın qatıldığı siyasi partiya son illərdə daha çox sağ yönümlü siyasi xəttlə tanınmağa başlayıb.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 14 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















