Narkotikə görə tutulmuşdu 5 yaşlı qızına qarşı əxlaqsız videoları üzə çıxdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan şəxsin daha ağır cinayətinin üstü açılıb.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonu Buzovna qəsəbəsində saxlanılan 1995-ci il təvəllüdlü Şakir Səlimovun (ad-soyad şərtidir) telefonuna baxış keçirilərkən onun azyaşlı qıza qarşı etdiyi əxlaqsız hərəkətləri əks etdirən videolar üzə çıxıb.
Müəyyən edilib ki, narkotik aludəçisi olan şəxsin iyrənc hərəkətlər etdiyi qız onun 2020-ci il təvəllüdlü doğma övladıdır. Ş.Səlimovun 2024-2025-ci illərdə mütəmadi olaraq narkotikin təsiri altında əxlaqa sığmayan hərəkətlər etdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə iş açılıb.
O, ifadəsində törətdiyi əməlləri etiraf edib. Narkotikin təsiri altında olarkən həmin videoları çəkdiyini qeyd edib. Onun həyat yoldaşı isə baş verənlərdən xəbərsiz olduğunu, videoların üzə çıxmasından sonra bunlardan agah olduğunu deyib.
Həmçinin vurğulanıb ki, Ş.Səlimov müharibə iştirakçısıdır. Müharibədən sonra parkların birində bağban işləyirmiş.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona 15 il həbs cəzası verilib. Hökmdə Şakir Səlimovun narkomaniyadan məcburi müalicəyə təyin olunması və narkoloji dispanserdə qeydiyyata alınması da qeyd edilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 Yanvar 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















