Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Express Bank da bağlanır?

Express Bank da bağlanır?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Express Bank" bir neçə gün əvvəl bu ilin I rübünə aid hesabatını açıqlayıb. 

Hesabat ilk baxışdan bankın müsbət göstəricilərinin olduğu görüntüsü yaratsa da, aparılan analiz əslində vəziyyətin o qədər də ürəkaçan olmadığını deməyə əsas verir. Ötən ilin sonu ilə müqayisədə bankın depozit portfeli 311.4 milyon manatdan 307.9 milyon manata düşüb. 

Xüsusilə hüquqi şəxslərin depozitlərinin 51.7 milyon manatdan 36.2 milyon manata (təxminən 30% azalma) enməsi bankın korporativ müştərilər üçün cəlbediciliyinin azaldığını və ya böyük vəsait çıxışının olduğunu göstərir.

Bankın depozit portfeli azaldığı halda, bu depozitlər üzrə faiz xərcləri 4.2 milyon manatdan 6.1 milyon manata yüksəlib. Cəmi aktivlərin 666.7 milyon manatdan 661.9 milyon manata düşməsi ilə yanaşı, müştərilərə verilən kreditlərin həcmində də azalma (549.7 milyondan 546.5 milyona) var. 

Kredit portfelinin 5.82%-i (31.8 milyon manat) qeyri-standart statusundadır. Vaxtı keçmiş kreditlərin əsas hissəsinin (8.6 milyon manat) məhz istehlak kreditlərinə aid olması, pərakəndə sektordakı risklərin hələ də yüksək olduğunu göstərir. 

Başqa sözlə, bankın verdiyi hər 100 manatlıq kreditin təxminən 6 manatının geri ödənişində ciddi problemlər və ya gecikmələr yaşanır. "Express Bank" mənfəətliliyini qorusa da, depozit bazasının kiçilməsi və vəsaitlərin bahalaşması fonunda aktivlərin idarə edilməsində daha çevik strategiyaya ehtiyac duyur. 

Hazırkı problemlər bankın bağlanmasına gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, istənilən bankdakı problem onun bağlanmasına gətirib çıxara bilər: 

"Əgər bu proses davam edəcəksə, bank kapital tələbini pozacaqsa, bankın səhmdarları banka əlavə pul qoymayacaqsa problem gözləniləndir."Express Bank"la bağlı qeyd edilən problem ciddidir. 

Çünki depozit azalıb, ancaq faiz ödənişi çoxalır. Bu, ondan xəbər verir ki, bank müştərilərdən pul cəlb etmək üçün əmanət faizlərini qaldırıb ki, pulu gətirib qoyun. Yəni görür ki, sahibkarlar bu banka pul qoymaq istəmirlər. Buna görə də faiz ödənişləri artır, ancaq əmanətlər azalır”. 

Ekspert bildierib ki, əmanət azalırsa, deməli, bank daha az kredit verə, daha az qazana bilir:

“Problemli kreditləri də artıb. Bu, bankda ciddi problemlərin olmasından xəbər verir. Əgər səhmdarlar heç bir tədbir görməsələr, hər şey ola bilər. Yəni bağlana da bilər, yaxud başqa bank onu ala da bilər". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: "Express Bank" Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri