Expressbank dan yaşıl təşəbbüsə DƏSTƏK
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Məsuliyyətli maliyyə institutu olan "Expressbank" Qlobal Təkrar Emal Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub.
"Unikal" xəbər verir ki, ekoloji təşəbbüsə dəstək olaraq "Expressbank"ın baş ofisi ilə yanaşı, həm də filiallarında batareya tullantılarının utilizasiya məqsədilə toplanması üçün qutular yerləşdirilib. Bu təşəbbüs çərçivəsində müştərilər və əməkdaşlar istifadə olunmuş batareyaları "Expressbank" filiallarındakı bu qutulara atmaqla ekoloji cəhətdən təhlükəsiz şəkildə təkrar emalına dəstək ola biləcəklər.
Məlumdur ki, batareya tullantıları düzgün idarə olunmadıqda torpaq və su üçün ciddi çirkləndirici faktorlardan birinə çevrilir. "Expressbank" bu təşəbbüsə qoşulmaqla ekoloji tarazlığın qorunmasına töhfə verməyi və cəmiyyətin ekoloji şüurunu artırmağı hədəfləyir.
Qeyd edək ki, bu təşəbbüs "Expressbank"ın “Təbiətə qayğı – Gələcəyə miras” adlı ekoloji layihəsi çərçivəsində dayanıqlı və yaşıl bankçılığa dəstək naminə həyata keçirdiyi silsilə aksiyalardan biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 18 Mart 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















