“ExpressBank” cərimələnə bilər
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ExpressBank”la bağlı cərimə protokolu imzalanıb. Sözügedən bank İnzibati Xətalar Məcəlləsinin ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan 518.1-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“ExpressBank”la bağlı iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. 14 aprel tarixində hakim Günel İsmayılovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, sözügedən bankın İdarə Heyətinin sədri Mehman Məmmədov, Müşahidə Şurasının sədri Əfqan Cavadovdur.
Qarşı tərəfi dinləməyə hazırıq. (Tribunainfo.az)
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 03 Aprel 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















