Icma.az
close
up
RU
Expressbank ilə AERA arasında mühüm müqavilə imzalandı FOTOLAR

Expressbank ilə AERA arasında mühüm müqavilə imzalandı FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Expressbank" ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlığa dair mühüm müqavilə imzalanıb

"Unikal" xəbər verir ki, müqavilə "Expressbank" ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov və Agentliyin İdarə Heyətinin sədri Samir Axundov tərəfindən imzalanıb.

İmzalanmış sənədə əsasən, Enerji Effektivliyi Fondunun vəsaitləri hesabına enerji resurslarından səmərəli istifadəni təşviq edən layihələrin maliyyələşdirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bu çərçivədə Expressbank müvəkkil kredit təşkilatı qismində çıxış edərək ayrılan vəsaitləri fiziki və hüquqi şəxslərə təqdim edəcək.

Müqavilə enerji effektivliyi sahəsində layihələrin maliyyələşdirilməsi məqsədilə kiçik və orta sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, onların şərtləri, düzgün və təyinatı üzrə istifadəsinə nəzarət, eləcə də, geri qaytarılması və hesabatlılıq mexanizmlərini əhatə edir; bu çərçivədə əsas məqsəd resurslardan daha səmərəli istifadəni təmin etmək və innovativ yanaşmaları təşviq etməkdir. KOB-un bu imkanlardan faydalanması məqsədilə kreditlər 5% illik dərəcə ilə 15 ilə qədər, maksimum 10 milyon manat məbləğində təqdim olunacaq. 

Tədbir zamanı Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün olduqca əlverişlidir və  dəstək rolunu oynayır.

Öz növbəsində, "Expressbank"ın İdarə Heyətinin sədri Mehman Məmmədov qeyd edib ki, bu əməkdaşlıq "Expressbank" ASC-ın dayanıqlı bankçılıq prinsiplərinə sadiqliyini əks etdirir və enerji səmərəliliyini artıran layihələr vasitəsilə yaşıl iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyir. Həmçinin, bu addımların bankın ESG istiqamətində məsuliyyətli maliyyə institutları arasında mövqeyinin möhkəmlənməsinə xidmət etdiyini bildirib. 

Qeyd edək ki, bu təşəbbüs ölkədə enerji səmərəliliyinin artırılması və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməklə yanaşı, sahibkarların və vətəndaşların daha əlçatan maliyyə resurslarına çıxışını genişləndirəcək.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Aprel 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri