Icma.az
close
up
RU
“Expressbank” Lənkəranda Bilik Günü münasibətilə tədbir keçirib Fotolar

“Expressbank” Lənkəranda Bilik Günü münasibətilə tədbir keçirib Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Expressbank” növbəti dəfə Bilik Günü ərəfəsində ucqar kənd məktəblərində birinci sinfə başlayacaq uşaqları məktəb ləvazimatı ilə təmin edib.

Bankın təşəbbüsü ilə növbəti dəfə həyata keçirilən “Aydın sabahlar” adlı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Lənkəranın Günəhir, Moloja, Türkəncil və Bəliton ucqar kənd məktəblərində 2025-2026-cı tədris ilində birinci sinfə başlayacaq uşaqların məktəb ehtiyacları qarşılanıb. Tədbir Lənkəran – Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə Lənkəran rayonu İ. Hüseynov adına Osaküçə kənd tam orta ümumtəhsil məktəbində keçirilib.

Həmçinin Bank korporativ sosial məsuliyyət çərçivəsində əhalinin müxtəlif yaş qruplarının maliyyə savadlılığının artırılması istiqamətindəki fəaliyyətinə daha bir əhəmiyyətli addım əlavə edərək sözügedən uşaqların ilkin maliyyə biliklərinin formalaşdırılması məqsədilə onlara “İstəklər və ehtiyaclar” mövzusunda praktiki seminar təşkil edib. Belə ki, uşaqlar qısa zamanda istəkləri və ehtiyacları arasındakı fərqləri mənimsəyərək qənaət və büdcədən səmərəli istifadə haqqında öyrəniblər.

Bununla yanaşı, “Expressbank” azyaşlıların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyası, AzFina və VISA – nın birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirdiyi “Ömərin ödəniş kartı ilə tanışlığı” adlı kitabçanı uşaqlara təqdim edib. Bank əməkdaşları uşaqları kitabçada keçən hekayə ilə tanış edib və ödəniş kartı ilə davranma qaydaları haqqında onlara məlumat verib.

Qeyd edək ki, “Expressbank” sosial məsuliyyətinə sadiq olan maliyyə qurumu olaraq daim korporativ sosial məsuliyyət çərçivəsində ardıcıl tədbirlər həyata keçirir. Xüsusən, təhsilə dəstək və ucqar kənd məktəblərindəki uşaqların gələcəyinə ümid və sağlam zəmin yaratmaq məqsədilə, artıq iki ildir ki, “Aydın Sabahlar” layihəsi uğurla həyata keçirilir və Bank bildirir ki, bu istiqamətdə ardıcıl tədbirlərə davam edəcək.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri