Icma.az
close
up
RU
“Expressbank” uşaqların maliyyə savadlılığına töhfə verir

“Expressbank” uşaqların maliyyə savadlılığına töhfə verir

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Expressbank” maliyyə savadlılığının artırılması istiqamətində daha bir önəmli təşəbbüsə imza atıb.

Bank Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi, AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə paytaxtımızda 4-cü dəfə keçirilən Uşaq Kitab Festivalı çərçivəsində “Mənim kitab daxılım” layihəsinin dəstəkçisi olaraq uşaqlarda büdcə formalaşdırma vərdişlərinin inkişafına töhfə verib.

“Expressbank” bu layihə ilə uşaqlarda büdcənin yaradılmasından əlavə, həm də onun doğru sərf edilməsinə vurğu edib.

Layihə çərçivəsində festivaldan iki ay öncədən başlayaraq 50 000 ədəd xüsusi dizayn edilmiş “kitab daxılı”nın çapı və paylanması baş tutub. Həmçinin festivala qədərki müddətdə “Expressbank”ın paytaxt ərazisində yerləşən filiallarında daxılların paylanılmasına dəstək göstərilib. Bununla bərabər paytaxt və yaxın regionların təhsil müəssisələrində paylanan bu daxıllar uşaqlarda həm kitab sevgisinin, həm də şəxsi maliyyə vərdişlərinin formalaşmasına təkan verməyi hədəfləyir. Layihənin əsas məqsədi uşaqların kiçik yaşlardan büdcə qurma bacarığını inkişaf etdirmək və onlarda pulun dəyəri barədə ilkin anlayış yaratmaqdır.

Festivalın “Peşələr günü” çərçivəsində isə “Expressbank” əməkdaşı “Bankir” peşəsini təmsil edərək “Pulun yaranması və təkamülü” mövzusunda interaktiv seminarla çıxış edib. Seminar ərzində uşaqlara pulun tarixindən, onun dəyişən formalarından və müasir dövrdə maliyyənin əhəmiyyətindən bəhs olunub. Seminarın sonunda təşkil olunan kiçik viktorinada fəallıq göstərən üç uşaq “Expressbank”və Epay tərəfindən xüsusi hədiyyələr və təltifnamələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Expressbank” korporativ sosial məsuliyyət çərçivəsində cəmiyyətin müxtəlif yaş qruplarının maliyyə savadlılığına xüsusi həssaslıqla yanaşır və uşaqlara yönəlik təşəbbüslərlə erkən yaşlardan düzgün maliyyə vərdişlərinin təbliğinə önəm verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri