Icma.az
close
up
RU
“Expressbank” yarım ildə ötən ilin yekun nəticəsini üstələyib

“Expressbank” yarım ildə ötən ilin yekun nəticəsini üstələyib

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Expressbank” 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Bank hesabat dövründə gəlirliliyini əhəmiyyətli dərəcədə artıraraq xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1% yüksəldib. Belə ki, 2025-ci ilin ikinci rübündə 4,297 milyon manat təşkil edən xalis mənfəət 2026-cı ilin eyni dövründə 7,397 milyon manata çatıb.

Cari hesabat dövründə əməliyyat mənfəəti 20,8% artaraq 12,782 milyon manata çatıb. Faiz gəlirləri və xalis faiz gəlirləri göstəricilərində müvafiq olaraq 15.8% və 10.6% artım əldə olunub.

Bankın aktivləri də artım trendini davam etdirib. 2026-cı ilin ikinci rübünün yekunlarına əsasən, “Expressbank”ın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 5,7% artaraq 704,969 milyon manat təşkil edib.

Kredit portfeli 18,1 milyon manat artaraq 567,815 milyon manata yüksəlib.

Hesabat dövrünün diqqətçəkən nəticələrindən biri də depozit portfelində qeydə alınan artım olub. Müştərilərin banka olan etimadının göstəricisi kimi qiymətləndirilən depozit portfeli 40,6 milyon manat və ya 13% artaraq 352,062 milyon manata yüksəlib. Xüsusən, fiziki şəxslərin banka yerləşdirdikləri əmanətlər 19% artım göstərərək 259,747 milyon manatdan 309,038 milyon manata çatıb.

Əldə olunan maliyyə nəticələri “Expressbank”ın dayanıqlı inkişaf tempini və bazardakı mövqeyinin gücləndiyini bir daha təsdiqləyir. Qeyd edək ki, bank xidmət şəbəkəsinin genişləndirilməsi və rahat bank xidmətlərini daha əlçatan etmək məqsədilə, cari ayın sonunadək 2 yeni filialının qapılarını müştərilərinə açmağı planlaşdırır.

Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə “Expressbank” ASC-ni qiymətləndirərək bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 İyul 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri