Icma.az
close
up
RU
“Expressbank”ın sədrinin xalası oğlu həbs edilib filial müdiri dindirildi

“Expressbank”ın sədrinin xalası oğlu həbs edilib filial müdiri dindirildi

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib. Əhəd Əliyev dələduzluqda təqsirləndirilən xalası oğlunun aldatdığı şəxsin bankdan kredit götürməsini asanlaşdıran göstəriş verib.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Şəmsi adlı şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Şəmsi özünü hüquq-mühafizə və məhkəmə strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan şəxs kimi təqdim edərək Tamirlan Həsənova qarşı 210 min manatlıq dələduzluq edib.

Razılığa əsasən, təqsirləndirilən Şəmsi adlı şəxs Tamirlan Həsənovun qardaşı ilə arasında olan mülk davasını onun xeyrinə həll edəcəkmiş. Şəmsi məhkəmədə, prokurorluqda Tamirlan Həsənovun xeyrinə qərarlar çıxartdıracağını vəd edərək ondan 210 min manat pul alıb.

Şəmsi bu iş üçün lazım olan pulu Tamirlan Həsənovdan tələb edən zaman sonuncunun evini bankda girov qoyublar.

Təqsirləndirilən Şəmsi bu işi asanlaşdırmaq üçün “Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olan xalası oğlu Əhəd Əliyevə müraciət edib. 2022-ci ildə Əhəd Əliyevin göstərişi ilə bankın “Əhmədli” filialından Tamirlan Həsənova mənzilini girov qoymaq şərti ilə 178 min manat kredit ayrılıb. Tamirlan Həsənovun mənzili başqa bankda kreditdə olduğu halda bir neçə gün ərzində sənədləşmə işləri tamamlanıb və qeyd edilən məbləğ ayrılıb.

Zərərçəkmiş Tamirlan Həsənov bankın sədri olan Əhəd Əliyevin göstərişi ilə ayrılan krediti də Şəmsiyə verib. Şəmsi aldığı pulları da ələ keçirib.

Bununla da Tamirlan Həsənova ümumilikdə 210 min manat zərər vurub.

İş üzrə bankın “Əhmədli” filialının müdiri Qüdrət adlı şəxs də dindirilib. Onun dindirilmə səbib zərərçəkmiş Tamirlana kreditin ayrılması ilə bağlı olub.

Belə ki, Tamirlan kreditin bankın idarə heyətinin sədri Əhəd Əliyevin göstərişi ilə ayrıldığını deyib. Bildirib ki, təqsirləndirilən Şəmsi Əhəd Əliyevin xalası oğlu olduğu üçün onlara bank tərəfindən köməklik edilib. Zərərçəkmiş əlavə edib ki, Əhəd Əliyevin tapşırığı ilə “Əhmədli” filialının müdiri Qüdrətin yanına gedib. Qüdrət də onları qarşılayan zaman Əhəd Əliyevin ona zəng etdiyini təsdiqləyib.

Lakin filial müdiri Qüdrət məhkəmədə bu hissəni təkzib edib. Bildirib ki, Tamirlan adlı müştəriyə kredit tapşırıqla deyil, müraciət əsasında ayrılıb.

Filial müdiri əlavə edib ki, Tamirlan kredit götürən zaman övladlarının müalicəsinə lazım olduğunu deyibmiş. Amma kreditə götürülən pulun sonradan Şəmsi adlı şəxsə verildiyini bilmədiyini söyləyib.

Əhəd Əliyevlə həbs edilən Şəmsinin qohumluğu haqda da danışan filial müdiri bildirib ki, bu barədə məlumatsızdır. Onun sözlərinə görə kreditin ayrılması üçün Əhəd Əliyev ona heç bir göstəriş verməyib.

Təqsirləndirilən Şəmsi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əhəd Əliyev 2019-cu ildən bankın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Bundan əvvəl isə “Azenco Group” MMC-nin Müşahidə Şurasının sədri olub.

Əhəd Əliyev bir müddət əvvəl “Expressbank”dakı vəzifəsindən ayrılıb. Onu Mehman Məmmədov əvəz edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri