Icma.az
close
up
RU
Expressbank ın xalis mənfəəti azalıb

Expressbank ın xalis mənfəəti azalıb

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Expressbank” ASC 2024-cü il üzrə 11,24 milyon manat xalis mənfəət əldə edib.

Bu, 2023-cü ilə nisbətən 6% və ya 778 min manat azdır. Bank 2023-cü ildə 12,02 milyon manat mənfəətlə bitirmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 18,7% artaraq 68,48 milyon manat, faiz xərcləri isə 27,5% artaraq 19,79 milyon manat təşkil edib.

Bank depozitlər üzrə ötən il daha çox faiz ödəyib. Nəticədə faiz xərcləri 9,16 milyon manatdan 11,89 milyon manata yüksəlib.

Bu dövrdə bankın qeyri-faiz gəlirləri isə 8,8% artaraq 20,63 milyon manata, qeyri-faiz xərcləri isə 15,9% artaraq 48,85 milyon manat təşkil edib.

Beləliklə, bank ötən il 20,47 milyon manat əməliyyat mənfəəti əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10,4% və ya 1,93 milyon manat çoxdur.

Əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətin azalması bankın mümkün zərərlər üzrə ehtiyat aktivləri birdən-birə 2,4 dəfəyə yaxın artıraraq 6,36 milyon manata çatdırması ilə bağlıdır. Ötən ilin eyni dövründə bu rəqəm 2,67 milyon manat olub.

Bu il yanvarın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 10,7% artaraq 620,16 milyon manata, cəmi öhdəlikləri 11,8% artaraq 481,45 milyon manata, cəmi kapitalı isə 7% artaraq 138,7 milyon manata yüksəlib.

Bankın kredit portfeli 90 milyon manat civarında artaraq 493,4 milyon manata çatıb. Depozit portfeli isə 230,4 milyon manatdan 262,1 milyon manata yüksəlib. Bu isə daha çox fiziki şəxslərə aid əmanətlərin artması hesabına baş verib. Şirkətlər isə ötən bir ildə bankdan 18,5 milyon manat əmanətini geri çəkib. Nəticədə bankda hüquqi şəxslərin depozit portfeli 78,3 milyon manatdan 59,77 milyon manata enib.(iqtisadiyyat.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyul 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri