Icma.az
close
up
RU
E.YAQUBOV: VƏTƏNİM AZƏRBAYCAN ƏN BÖYÜK SEVGİMDİR...

E.YAQUBOV: VƏTƏNİM AZƏRBAYCAN ƏN BÖYÜK SEVGİMDİR...

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən Mərkəzi Bioloji Təbabət Klinikası ( İnteqrativ Müalicə Mərkəzi) çoxdandır ki özünün effektiv fəaliyyəti ilə ad qazanıb, məşhurlaşıbdır. Son zamanlar klinikanın səsi-sorağı Bakıda və Azərbaycanda deyil , respublika hüdudlarından kənara da yayılmış , insanların inam və etibarını qazanmışdır.  

İndi tanınmış iş adamı Elxan Yaqubov böyük səbr və təmkinlə sıfırdan başladığı bu gözəl və faydalı işi ilə  on illər boyunca yalnız uğurlu nəticələrə apararaq klinikanı insanların ən etibarlı və inandığı şəfa ocaqlarından birinə çevirmişdir. “Planeta” apteklər şəbəkəsini quraraq müalicə zamanı insan orqanizminə yan təsiri olmayan preparatların tətbiqinə nail olmaqla əsasən Almaniya, daha sonralar isə İtaliya, İsveçrə və digər Avropa ölkələri ilə əməkdaşlığı genişləndirən Elxan Yaqubovun və başçılıq etdiyi kollektivin uğurlarından əvvəllər müxtəlif mövzulu yazılar vermişik. Burada bir çox xəstəliklərin müayinəsi və müalicəsi , uğurlu nəticələri barədə oxucular yetərincə məlumatlıdır. Mənsə bu yazıda Elxan Yaqubovun yaxşı əməllər uğrunda inadkarcasına mübarizəsindən , xalqına, Vətəninə sədaqətlə xidmətindən, heç bir reklamı qəbul etməyən xeyirxah əməllərindən söhbət açmaq istəyirəm. Çünki bu konteksdə bəzi məqamların şahidi də olmuşam. 
Təxminən 20 il bundan əvvəl tanış olduğum Elxan Yaqubovu elə həmin vaxtlardan qarşısına qoyduğu məqsədə doğru inamla və yorulmadan mübarizə aparan bir iş adamı kimi gördüm. Moskva səfərləri, Almaniyanın məşhur “Heel”şirkətlər qrupu ilə iş birliyi , Avropanın digər ölkələrinə çıxışlar, Bioloji Təbabətin müstəsna xüsusiyyətlərini mənimsəyən peşəkar həkim və tibb işçiləri axtarışları ... O , nə qədər riskli və məsuliyyətli olsa da baş direktoru olduğu müəssisənin istər laborator, istərsə də digər müayinə avadanlıqlarını xüsusi həssaslıqla qururdu. Ən müasir avadanlıqların eləcə ən yaxşılarını tapıb alır , respublikaya gətirirdi. Bəzən o dövrlər üçün fantastik bahalığına baxmayaraq bu işdən geri çəkilmir , tərəddüd etmirdi. Beləcə yeddi mərtəbəli Mərkəzi Bioloji Klinika həm çöl görünüşdən, həm də daxildəki səliqə-sahman , rahatlıq, xidmət mədəniyyəti yüksəkliyi ilə zaman-zaman nümunəvi bir səhiyyə ocağına çevrildi. Yüksək zövqlü və insanpərvər iş adamı , həm də özünün pozitiv yanaşma tərzi, dürüstlüyü, əxlaqının səbr və təmkin müstəvisi və intellektual səviyyəsi ilə həm kollektivdə, həm də rastlaşdığı hər kəsdə... çaşqınlıq yaradırdı. İfrat sadəliyi və mehribanlığı ilə.

İllər ötüb keçdikcə Mərkəzi Bioloji Klinikasının (İnteqrativ Müalicə Mərkəzi) şöhrəti çox yerə yayılırdı. Mən özüm burada dəfələrlə Rusiyadan,İrandan ,Türkiyədən  müayinə və ya müalicəyə gələn neçə-neçə kişi, qadın, uşaqla rastlaşmışam. Mərkəzi klinikanın Sumqayıtda, Göyçayda və Masallıda oturuşmuş filialları da fəaliyyət göstərir. Son istifadəyə verilmiş Masallı şəhərindəki klinika daha müasir və geniş şəbəkəlidir. Göyçayda yerləşən klinikanın özündə artıq xəstələrə qrafikli xidmət göstərməkdə müəyyən çətinliklər yaranır. Qonşu rayonlardan da axın çoxdur.Bunu nəzərə alan baş direktor burada əlavə olaraq yeni və daha geniş klinika inşa etdirməyi bu ilin sonları üçün  planlaşdırmışdır.

Bütün bunlar Elxan Yaqubovun işgüzar prinsipləri ,daim irəliyə can atması, müraciət edənlərin düzgün müayinə və müalicəsi üçün hesablanan həyat yoludur. Ancaq onun elə insani keyfiyyətləri də vardır ki, bunlar çox zaman gizli qalır, təvazökarlığın üst qatında yaşanır. Kasıb xəstələr, hətta xəstəliklə bağlı olmayan maddi problemli insanlar onunla görüşüb bir kömək umurlarsa , Elxan Yaqubov əlindən gələn yaxşılıqları əsirgəməz. Ancaq özü demiş , bircə bəzi dələduzlar olmaya. İş burasındadır ki, bir zamanlar fürsətcillər elə onun ətrafında da , necə deyərlər girləniblər. Bəzilərinə inanıb hətta xarici ölkələrdə 3 ay, 6 ay əlavə təhsil və təcrübə toplamağa göndərdiyi bir neçə beləsi sonralar Elxan Yaqubovun bu yaxşılıqlarını “unutdular” , özlərini başqa “mundurdə” gördülər.

Mən Elxan Yaqubovdan təxminən 15-16 yaş böyüyəm. Ancaq bu yaş fərqi bizim bir yerli və bir Azərbaycan vətəndaşı olaraq dünyagörüşlərimizdə bir elə fərq yaratmır. Münasibətlərimiz 6-7 il bundan qabaq daha da sərbəstləşdi və hətta 4 il qabaq mənim bir xəstəliyimlə bağlı onun necə həyəcan keçirməsini və zəhmətini unuda bilmərəm. O, mənə həm bir yazar və ziyalı kimi dəyər verir, həm də bəzi məsələlərdə mənimlə məsləhətləşirdi. Baxırsan ki, eyni zamanda bu adam hansısa bir Vətən övladının ağır xəstəliklə bağlı bütün xərclərini də üzərinə götürüb , hətta ailəsinə də köməklik göstərir. Öz rayonlarında və kəndlərində keçirdiyi xeyriyyə tədbirlərinin heç birində mətbuat və televiziya nümayəndəsi dəvət etmir. Amma zaman-zaman biz hansısa bir xeyriyyə tədbiri keçirib 5-6 min pul xərcləyən, eyni zamanda bu tədbirin reklamı üçün bundan ikiqat artıq vəsait ayıran “işgüzarları” da çox görmüşük. 

Elxan Yaqubovun idarəetmə üsulu digər özəl klinikalardan xeyli fərqlidir. Məlumatım olduğu üçün deyim ki, özəl klinikaların əksəriyyətində baş direktor əsasən müəssisənin maliyyə məsələləri ilə (əsasən qazanc ) məşğul olur.O isə mərkəzi klinikanın və filialların fəaliyyət mexanizmini bütün istiqamətlər üzrə diqqətdə saxlamağı bacarır, eyni zamanda özünün ideyaları ilə yanaşı , kollektivin uğurları üçün verilən təklifləri də nəzərə alır. Beləliklə,Elxan Yaqubov qazandığı təcrübə və sağlam dünyagörüşü sayəsində sırf maliyyə və nəzarət rəhbərliyi ampluasından çıxaraq , həkim , şöbə müdiri, sıravi həkim, texniki tibbi işçi kimi də görünə bilir. Az qala ayrı-ayrı sahələrin eləcə əsl mütəxəssisi kimi . Ərinən deyil axı.Daim axtarışda, oxumaqda, Bioloji Təbabətin dünya səviyyəsinə çatmaq arzusundadır.Elə bu səbəbdəndir ki,onun klinikalarında çalışanların əksəriyyəti ixtisasından asılı olmayaraq baş direktorun insanlara , cəmiyyətə ən yüksək xidmət arzularını həvəslə qəbul edən tibb işçiləridir.

O, yorulmaq bilməyən sadə, ancaq çox qüvvətli zəhmət adamı kimi də diqqəti cəlb edir. Göyçaydakı doğma kəndi Qaraxıdıra tez-tez gedir. Xeyir-şər məsələləri, hətta rayon mərkəzi və tanıdığı qonşu kəndlərin də tanıyıb bildiyi məclislərinə qatılır. Qaraxıdırda qurduğu təsərrüfat işlərini ölkədə bolluq və ucuzluq yaratması üçün kiçik töhfəsi kimi şaxələndirir. Bir xeyli adam üçün iş yerlərini bu istiqamətdə qurur. Bəzən vaxtı varsa, paltarını dəyişib işçilərə qoşulur, əsl kənd adamı kimi zəhmətsevərlik intiusiyasının yaşamasından zövq alır.
Dindar zümrə ilə də arası yaxşıdır. Onu çox sevirlər. Elə ilk xahişlərindən kənddə mərasim zalları da olan müasir məscid binası tikdirib kəndlilərinə hədiyyə etmişdir. İnsanlar əlavə xərcə düşmədən Elxan Yaqubovun bu xeyirxah işindən xeyli məmnun qalırlar.
Elxan Yaqubovun düzgün həyat yolu onun Vətən və xalq qarşısında necə məsuliyyətli bir vətəndaş olduğunu ən yaxşı formada təsdiqləyir. E.Yaqubovun başçılıq etdiyi kollektivin əməyi həm də yüksək səviyyədə qiymətləndirilir. O, Azərbaycanda tibb sahəsində innovativ müalicə üsullarının tətbiqinə görə Beynəlxalq Elmlər Akademiyasının Qızıl döş nişanı ilə təltif olunub.İnteqrativ təbabətdə qazanılan uğurlu nəticələrə görə digər fəxri fərman və diplomlar da on illərin böyük quruculuq işlərini təsdiqləyir. Vətənə, xalqa xidmətin bütün istiqamətlərinə həmişə böyük həvəs , vətəndaşlıq mövqeyi göstərən Mərkəzi Bioloji Təbabət Klinikasının fəaliyyəti diqqətdən kənarda qalmır. Məsələn, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri Fərmanında oxuyuruq: Masallı Bioloji Təbabət Klinikasının rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, yaralılara tibbi yardımın təşkilində verdikləri layiqli töhfələrə görə təltif olunur. 

Baş direktor işdə nə qədər yüksək xidmət, komfort, zövq, təmtəraq həvəslisi və tərəfdarı olsa da, şəxsi həyatında sadəliyi ilə fərqlənir.Geyim-keçimi, davranışı, on ildən çox istifadə etdiyi ortabab minik avtomobili və başqa xüsusiyyətləri ilə .

Gözəl ailə  başçısı,dürüst iş adamı, xalqına və Vətəninə sədaqətli olmaq Elxan müəllimin həyat amalıdır. Biz bu yolda onun uğurlarına həmişə sevinir və yenilərini arzulayırıq.

Elxan Yaqubov həyatın hər üzünü gördüyündən həmişə yaxşı , təmiz və ləyaqətli mövqedə olmağı bacaran mükəmməl bir şəxsiyyətdir.

P.S . Arada xəstəliyim məni Dövlət Sərhəd Xidmətinin hospitalına “göndərən “ zaman Elxan Yaqubov bunu eşidərək Məzahir müəllim əziyyət çəkməsin deyə məni həyatının unudulmaz günlərindən biriylə bağlı tədbirə dəvət etməmişdi. Ancaq onda mən elə də ağır vəziyyətdə deyildim ki 2-3 saat onun yanında olub sevincinə qoşulmayım. Hamı pullu və ya buz baltası kimi sağlam ola bilməz ki! Mən bu hadisəni 15 gün sonra eşidərkən bərk incimişdim doğrusu.

Bilmirəm, bu məsələdə o haqlı idi, yoxsa mən... Heç sonradan görüşüb aydınlaşdırmadıq da . Ancaq hərdən telefonla əlaqə saxlayırıq.Səhhətimlə, iş-gücümlə , vaxtılə onunla tanış etdiyim ləyaqətli insanlarla maraqlanır, çox şeyi məndən bilmək istəyir. O həm də,bax belə bir qəribə xarakterə malikdir.

Neyləmək olar, müstəqillik dövrünün bir çox gözəl uğurları ilə yanaşı , həm də onun simasında ilk halal milyonerlərdən biri olan dostumuza can sağlığı və xalqa , Vətənə xidmətdə daha böyük uğurlar arzulayırıq. 

Məzahir ƏHMƏDOĞLU
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see154

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see138

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see136

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see132

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see131

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see128

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see127

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see126

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see123

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see116

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri