Icma.az
close
up
RU
Sabirabadda “Vətənim Azərbaycan” adlı rəsm sərgisi açılıb

Sabirabadda “Vətənim Azərbaycan” adlı rəsm sərgisi açılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Sabirabad, 26 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

27 Sentyabr – Anım Günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Vətənim Azərbaycan” adlı rəsm sərgisi təşkil olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sərgidə gənc rəssamların və məktəblilərin Vətənə məhəbbət, torpaq sevgisi, azadlıq uğrunda mübarizə və qəhrəmanlıq mövzularında əsərləri nümayiş etdirilib. Tablolarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi, xalqımızın mübarizə ruhu, milli birliyimiz və vətənpərvərlik duyğuları bədii ifadəsini tapıb.

Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlar zamanı Anım Gününün tarixi əhəmiyyətindən söz açıb, bu günün xalqımız üçün dərin mənəvi məna daşıdığı vurğulanıb. Anım Gününün xalqımızın yaddaşında qəhrəmanlıq və qürur simvolu kimi qalacağı bildirilib.

Çıxış edənlər, həmçinin bu cür sərgilərin gənclərin yaradıcılıq potensialının inkişafına, milli-mənəvi dəyərlərimizin təbliğinə, Vətənə olan bağlılığın güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri