Əyləncə istəyi yeniyetmə qıza baha başa gəldi MƏSULİYYƏT KİMİNDİR?
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda “qorxu evi”nə gedən iki azyaşlı rəfiqənin əyləncəsi faciə ilə nəticələnib.
15 yaşlı Nigar Mustafayeva rəfiqəsi Samirə Zeynalova ilə birlikdə paytaxtda yerləşən “Phobia Games” adlı əyləncə mərkəzinin qorxu evinə gedib. Şikayətçiyə görə, girişdə nə şəxsiyyət vəsiqəsi tələb olunub, nə də yaşları yoxlanılıb. Azyaşlıların hər hansı nəzarət olmadan sənəd imzalamasına şərait yaradılıb və 26 manat ödənişdən sonra onlar oyun otaqlarına buraxılıblar.
Şikayətçi Nigar Mustafayeva Gununsesi.info-ya verdiyi açıqlamada bildirib ki, hadisənin baş verdiyi otaqda divara quraşdırılmış qutunun qapağı əvvəlcədən açıq qalıb və işçilər bunu vaxtında bağlamayıblar.
“Məni işgəncə alətinə bağılamışdılar. Oyunun bir növüdür. Orada gördüm ki, aktyor mənim rəfiqəmi tutdu divara çırpdı. O anda rəfiqəm əlini kameraya tutub dedi ki, “Nə baş verir? Bu, ultraharddır. Biz yumşaq variantını seçmişdik. Amma aktyor heç vecinə almadı və təzədən qızı divara çırpdı.
Və daha sonra biz başqa otağa keçid edirik. Aktyor gəlir birinci rəfiqəmi itələyir, daha sonra məni itələyən momentdə mən şkafa dəyirəm. Mən yerə düşürəm özümdə olmuram. Administrator gəlib mənim üzümə baxaraq nalayiq ifadələrlə “Uyy nə günə düşdü a bu” sözünü işlədir. Onda qorxuram ki, yəqin sifətimdə nəsə var.Elə bilirdim sadəcə yıxılmışam. Əlimi atıram üzümə atnda gördüm ki, ət parçası var”.
Məsələ ilə bağlı obyektin administratoru Nihd Nuri ilə əlaqə saxladıq. O deyilənlərlə razılaşmadı. Bildirdi ki, hərşey “oyunun tələbi”nə uyğun baş verib.
“Ora son otaq idi – xanımın çıxdığı yer. Hansı ki, xanım ordan qaçıb çıxmalı idi. Qaçıb çıxdığı yerdə aktyor öz vəzifəsini yerinə yetirir. Onu qorxudur, vəlvələyə və vahiməyə salır. Aktyor öz vəzifəsini yerinə yetirdiyi zaman xanım qorxduğu üçün özünü itirir və qaçır. Oyun buradan başlayır. Girirlər. Girəndən sonra artıq 3 dənə məntiq var. Şkaflar var. Onların açarlarını tapmalıdırlar. Oyunun məntiqi belədir: daha sonra oyuna davam etməlidirlər.
Xanım onu açıb, kodu açıb və davam ediblər. İrəliləyiblər. Ondan sonra qayıdanda diqqətsizliyi ucbatından başı dəyib”.
Nəticədə Nigar ciddi xəsarət alıb, alınına 11 tikiş qoyulub. O qeyd edir ki, hadisədən sonra nə təcili yardım çağırılıb, nə də mərkəzin işçiləri ona ilkin tibbi yardım göstərib.
Bəs baş verən bu hadisəyə görə kim məsuliyyət daşıyır?
Hüquqşünas Ramil Süleymanov Gununsesi.info-ya açıqlamasında qeyd edib ki, bu cür hallara görə obyektlər məsuliyyət daşıyır və hüquqi öhdəliklərdən yayına bilməzlər.
“Həmin şəxsin valideyni, qəyyumu və yaxud onu övladlığa götürən şəxs mülki qaydada məhkəməyə verməklə onlara vurulmuş zərərin təzminat olunmasını tələb edə bilər. Eyni zamanda orada təhlükəli şərait yaratdığına görə də obyektin sahibi yaxud icarədarı ayrıca qaydada onun da cinayət məsuliyyəti ola bilər”.
Hazırda faktlar araşdırılır. İndi gözlər rəsmi qurumların qərarındadır — həm azyaşlının aldığı xəsarətin səbəbi, həm də obyektin məsuliyyət dərəcəsi araşdırmanın nəticəsindən sonra məlum olacaq.
Ayşən Rəhim
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 02 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















