Icma.az
close
up
RU
Eynək, yoxsa əməliyyat? Araşdırma

Eynək, yoxsa əməliyyat? Araşdırma

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Göz zəifliyinin sürətli yayıldığı bir dövrdə bu suala cavab axtaran xeyli sayda gənc var. 

Göz həkimləri nə üçün eynək taxır?

Professor Mehmet Gülən deyir ki, lazer əməliyyatı dünyada ən çox yayılan və etibarlı əməliyyat növü olsa da, hamıya tətbiq olunmur. Həkimin sözlərinə görə, 18 yaşına çatmayan insanlarda bu əməliyyatın aparılması düzgün deyil: "Miyop, hipermetropiy, astigmat xəstəliklərinin müalicəsində cərrahiyyədə ən çox istifadə edilən üsul lazerdir. Bir çox insanlar bu üsulla eynəkdən və göz zəifliyindən birdəfəlik xilas ola bilərlər. Düzdür, "lazer etibarlı üsuldursa, nə üçün həkimlər eynək taxır" deyən xəstələrlə biz də tez-tez rastlaşırıq. Necə ki, bir fidanı böyüdərkən torpağa, işığa, günəşə yaxın ən uyğun yer axtarılırsa, lazer üçün də gözdə uyğunluq vacibdir. "Mən lazer əməliyyatı olmaq istəyirəm" deyə gələn hər xəstəyə bu müalicə tətbiq edilmir. Bu müalicəni xəstəmizə tətbiq etməyimiz üçün ilk şərt yaşının 18-dən yuxarı olması və eynək, linzadan istifadə etməsidir. Sonra gözün zəiflik dərəcələrinin son 1 ildə çox dəyişməmiş olması, kornea toxumasının qalınlığının uyğunluğu, diabet, revmatizm kimi sistematik xəstəliyinin olmaması, gözlərində başqa hər hansı bir xəstəliyin (kornea sivriləşməsi, göz təzyiqi və s.) varlığı araşdırılır. Lazer üçün gələn xəstə bu şərtlərə uyğun deyilsə, əməliyyat edə bilmərik. Yəni, həkimin eynək taxması lazerin etibarlı olmaması demək deyil, həkimin gözlərinin həmin əməliyyata uyğun olmamasıdır".

"Parketi yonan kimi, göz qişası da lazerlə yonulur"

Həkim-oftalmoloq Fidan Abdullayeva xəstələrdə müəyyən qədər qorxunun olmasını normal qarşılayır. Deyir ki, müasir üsulla aparılan əməliyyatlarda mində bir fəsad ola bilər: "Ümumiyyətlə, istənilən əməliyyatda hansısa fəsadların olma ehtimalı var. Adi dərinin üzərində çapıq olsa belə, o da müəyyən fəsadlara yol aça bilər. Hər kəsi ekzimer lazer üsulla əməliyyat etmək olmaz. Əgər pasient lazer üçün tam göstərişli deyilsə, pul qazanmaq xatirinə onu "əməliyyat etmək" korluqla nəticələnə bilər. Pasient əməliyyat üçün müraciət edəndə, həkim bu fəsadları ilk gündən hesablayıb, bilməlidir. Bu əməliyyatı aparmaqdan ötrü bədən ümumən tam sağlam olmalıdır. İkinci, gözün özündə olan müəyyən xəstəliklər var ki, bunlar əks göstərişdir. Ən əsası, əməliyyat gözün buynuz qişasının müəyyən qədər lazerlə nazikləşdirilməsi hesabına aparılır. Yəni, buynuz qişanın özünün bir qalınlığı olmalıdır ki, onu nazikləşdirə biləsən. Təsəvvür edin, bir parketi yonan kimi göz qişası da lazerlə yonulur. Qişa müəyyən qədər qalın olmalıdır ki, onu incəltmək mümkün olsun. Əgər qişa çox incələrsə, böyük nömrələr götürürlər. Hansı ki, gözün qalınlığı buna imkan vermir. Sonra gözü qoruyucu qişa çox incəlmiş olur. İncələn qişa da sanki əyilir, sallanır. Bu isə konus xəstəliyini yarada bilər və gələcəkdə görmə pisləşə, hətta tamamilə itə bilər. Belə şəxslərə eynəkdən istifadə daha məqsədəuyğundur deyirik".

"Kontakt linzalar təhlükəlidir"

Eynək taxmaq istəməyən bəzi insanlar isə kontakt linzalardan istifadə edirlər. Həkim isə kontakt linzalardan istifadə etməyi məsləhət görmür: "Mən xarici kontakt linzanın tərəfdarı deyiləm. Onlardan uzun müddət istifadə etdikdə, infeksiya təhlükəsi yaradır. İstifadə zamanı əl ilə gözüm daimi təması, linza mayelərində tarixən də müəyyən edilmiş bakterial infeksiyaların aşkarlanması bir sıra göz fəsadının meydana gəlməsi üçün zəmin yaradır. Kontak linza "qurbanları" ilə çox rastlaşmışam. Gözün içinə qoyulan və ömürlük hər kəsə və hər kəsin göz quruluşuna uyğun olanı biz sifariş edirik. Həmin linza xəstənin adına gəlir. Gözün içində, hətta bəbəyin arxasına gözlə görünməyəcək şəkildə qoyulur. Bu linzalar çox gözəl nəticə verir. Belə ki, kimin ki, gözünün buynuz qişası nazikdir, kim ki, ekzimer əməliyyatına əks göstərişi var, bunu onlara tətbiq etmək olur. Bu linzaların 9-dan-20-yə qədər nömrələri olur. Bu pasientlərə eynəyindən də qat-qat yaxşı görmə imkanı verir. Yəni insanları ömürlük eynək asılılığından azad edir. Texnologiya, tibb çox inkişaf edib".

"Tək həkimin ideal olması ilə əməliyyat uğurlu olmur"

Həkim deyir ki, ekzimer lazer əməliyyatının uğurlu olması 3 faktordan asılıdır: "Bəzi pasientlər deyir ki, qonşum elətdirdi, neçə ildən sonra zəiflədi. Mən də əməliyyatdan sonra zəifləməsindən qorxuram. Həmişə pasientlərimə deyirəm ki, ekzimer lazer əməliyyatının nəticəsi 3 faktordan asılıdır. Birinci, cərrah bu sahə üzrə çoxlu əməliyyatlar etmiş və bu sahəni mükəmməl bilən praktik olmalıdır. İkinci, hər xəstəyə bu əməliyyatı etmək olmaz. Əməliyyat üçün tam ideal pasient seçilməlidir. Üçüncü isə cihazın müasirliyidir. Həkim də çox əla ola bilər, pasient də ekzimer lazer üçün ideal ola bilər. Amma əməliyyat zamanı işlənən cihaz müasir tələbələrə uyğun olmadəqda, əməliyyatın uğursuzluğu qaçılmazdır. Tək həkimin ideal olması ilə əməliyyat uğurlu olmur. Çünki nəticələri verən biz həkimlər olsaq da, sonda onu götürən cihazlardır. Cihazsa, mükəmməl, dəqiq, həssas olmalıdır".

"Eynəklə gəzməyin məhdudiyyətləri var"

Həkimlərin eynək taxmaq məsələsinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, gözündə qüsur olsa idi, mütləq əməliyyat etdirərdi: "Gözümdə qüsur olsaydı mən ekzimer lazer etdirərdim. Çünki eynəklə gəzməyin özünün müəyyən məhdudiyyətləri var. Görmə sahəsi dar olur. İdmanla, üzgüçülüklə məşğul olarsansa, ümumiyyətlə, aktiv həyat tərzi keçirirsənsə, eynək insana mane olur. Əvvəlki cihazlar indiki kimi təhlükəsiz və dəqiq olmadığından bəlkə də əvvəlki həkimlər ekzimer lazer əməliyyatını etməyə risk etmirdilər. Çünki hələ ki, araşdırma niyyətli idi. Amma artıq 28-30 ildir ki, ekzimer lazer əməliyyatları olunur və cihazlar mükəmməldir. Hansısa göz həkimi bu əməliyyatı etdirmirsə, ola bilsin ki, onun gözünün buynuz qişası uyğun deyil. Ekzimer lazer əməliyyatı tam təhlükəsiz, riski çox az olan, sanki almanın qabığında aparılan bir əməliyyatdır. Heç göz almasının içinə girilmir, kəsmək, tikmək kimi işlər aparılmır".

Uzun müddət müzakirə olunan göz həkimləri eynək taxır, saç tökülməyə qarşı dərman icad edənlər özləri keçəldir, dietadan danışan həkimlər kökdür kimi fikirlər insanları narahat edir. Hər bir halda, insanın yaradılışı kənardan müdaxilələrdən daha mükəmməldir. Ona görə də, əziz gənclər, gözlərinizi qoruyun və 6 aydan bir çek up müayinələrdən keçin.
Gözləriniz aydın olsun!

Kaspi.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see314

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see307

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see219

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see218

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see212

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see208

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see203

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see202

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see200

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see183

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see175

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see162

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see161

Roma dan Premyer Liqa klubuna 3 cü rəsmi təklif 47 milyon avro + bonuslar

20 İyul 2026 22:57see160

FIFA Argentina futbolçularının finaldan sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb

20 İyul 2026 20:33see160

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see160

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see158

Sabah ın KuPS matçıöncəsi son məşqi FOTOLAR

20 İyul 2026 23:30see158

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see157

Cinsi əlaqədən sonra sidiyə getmək niyə tövsiyə olunur?

20 İyul 2026 23:10see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri