Icma.az
close
up
RU
Eynək Ələsgər Əlioğlunun hekayəsi

Eynək Ələsgər Əlioğlunun hekayəsi

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bəhram İstanbulda universitet təhsilini başa vurub həyata ilk göz açdığı kəndə qayıtmışdı. Bu kənd şəhər ətrafında yerləşirdi. Buna görə də, o, şəhərdəki müəssisələrdən birində ixtisasına uyğun işə düzəlmişdi. Hər şey də öz axarıyla gedirdi.

İrsi olaraq gözlərində zəiflik olan Bəhram hə­lə yeniyetmə yaşlarından eynək taxırdı... Gö­zün­­dəki sonuncu eynək də elə ona İstambul hə­yatından bir xatirə idi...

Günlərin birində necə oldusa, Bəhram eynəyi yerə salıb sındırdı. Yenidən alıb gözünə taxdığı eynək isə nə ürəyinə yatırdı, nə də gözünə... Çox düşünüb-daşındıqdan sonra İstambulda tələbə yol­daşı olan və bir-iki aya təhsilini başa vurub vətənə dönəci Cavidə telefonla zəng etdi. Eynəyin ölçüsünü də dedi və bildirdi ki, gələndə oradan ona bir eynək alıb gətirsin, pulunu ödəyəcək.

...Bəhram son zamanlarda baş verən Xocalı faciəsini heç cür unuda bilmirdi. Xüsusən də, bu faciəni özündə əks etdirən fotolara və ətürpədici sənədli kadrlara baxarkən əsəblərini cilovlaya bil­mirdi. Bütün varlığı şıdırğı yağışdan limhalim do­lub-daşan dərələrin seli kimi kükrəyirdi. Düşü­nür­dü ki, bu selin qabağını ancaq qisas ala bilər, qi­sas!.. Daxili dünyası da gündən-günə elə bu ağrılı-acılı hisslər üstə köklənirdi...

Çox düşünüb-daşındıqdan sonra Bəhram kö­nül­lülər batalyonuna yazılmaq fikrinə düşdü. Ana­sı nə qədər israr etsə də fikrindən dönmədi: "Eh, ay ana, mənə deyirsən ki, evin tək oğlusan... On­suz da indi elə əksərən hər evin bir oğlu var də. Onda gərək bu yurdu, bu torpağı qorumayaq!.."

Əyninə hərbi paltar geyindi, çiyninə avtomat keçirdi Bəhram. Cəbhəyə gəldiyi bir gündən dö­yüşçü yoldaşları arasında öz zirəkliyi ilə seçildi və onların arasında mahir bir atıcı kimi tanındı. Hətta bir gün erməni quldurlarını Qarabağa döyüşə gətirən bir vertolyotu da sərrast atəşlə yerə sərdi...

Dostları zarafatla Bəhrama deyirdilər ki, qardaş, sənin dörd gözün var, ona görə dığaları biz­dən daha sərrast nişan alırsan!.. O, vertolyotu vur­duğu bir gündən erməni quldurlarının arasında narahatlıq daha da artmışdı... Dığalar poralaşa-po­ralaşa qalmışdılar. Onlar qarşı tərəfdə belə bir sərrast atıcının olduğundan duyuq düşmüşdülər... Nə yolla olursa-olsun onu aradan götürmək üçün hər cür hiyləyə əl atırdılar. Ancaq niyyətləri hə­mişə də boşa çıxırdı...

...Bir gecəyarısı gedən döyüşdə düşmən mər­misi Bəhramın yaxınlığına düşüb partladı. Mər­minin qırıntılarından bir neçəsi onun üz-gö­zünə sə­pələndi. Səpələndi deyəndə ki, üz-gözünü əməl­li-başlı yaraladı, sifətini tamam al-qırmızı qa­na bo­yadı... Əsgər yoldaşları onu döyüş mey­da­nın­dan çəkib çıxartdılar və "təcili yardım"la səhra hos­pitalına yola saldılar. Gözlərindəki zədənin ağır­lığı nəzərə alınaraq Bakıya-mərkəzi hospitala gön­dəril­di. Bütün müayinələrin və müalicələrin yekunundan sonra məlum oldu ki, Bəhram bir daha işıqlı dün­yaya baxa bilməyəcək...

Palatada Bəhramın ürəyi çox sıxılırdı. Gözlə­ri­nin açılacağı, canını sarğıdan qurtaracağı günü səbirsizliklə gözləyirdi. Sağını-solunu əzalarının – əlinin-ayağının təması ilə seçirdi... Burada müali­cə olunduğu bir ay müddətində o, nə sağlamlığı qayı­dına qalan qayğıkeş həkimlərin, nə də olduq­ca meh­riban tibb bacılarının üzünü görməmişdi. On­ların boy-buxununu göstərdikləri tükənməz sə­mi­miyyətləri, nəvazişləri, mehriban rəftarları ilə xə­ya­lında düzüb-qoşduğu bir fəhmlə təsəvvür edirdi...

Bəhramın üz-gözündəki yaralar getdikcə sa­yalanırdı. Xəstəxanadan çıxmasına beş-altı gün qa­lırdı. Həkimlər toxdaqlıq üçün ona demişdilər ki, heç narahat olma, gözlərin açılacaq. Amma bu­na vaxt lazımdır...

Bəhram bir səhər tibb işçisinin köməkliyi ilə yu­yunub, səhər yeməyini yedikdən sonra kətildə əy­ləşib fikrə getmişdi. Birdən qapı açıldı və ya­xın­laşıb onu qucaqlayan Cavidi səsindən tanıdı:

– Qardaş, xoş gördük. Evinizdən belə, soraq­la­ya-soraqlaya axır ki, gəlib səni tapdım.

Dostlar qucaqlaşdılar. Bəhram keçmiş oldu­ğu döyüş yollarından danışdı... Çox darıxıram, – de­di. Ani pauzadan sonra sözünə davam etdi:

– Bircə bu gözlərim açılsaydı, yenidən cəb­hə­yə yollanardım!

Cavid artıq öyrənib bilmişdi ki, Bəhramın göz­ləri ömürlük qaranlığa məhkumdur. Dostunun eynək ismarıcını yerinə yetirsə də, içərisində bo­ğu­la-boğula qalmışdı... Buna görə də tərəddüd ke­çi­rirdi. Elə bil ki, dərin bir quyuya düşmüşdü. Ha əl-qol atsa da bu quyudan çıxa bilmirdi. Onun gə­tirmiş olduğu eynək artıq dostu üçün gərəksiz bir əşya idi...

Cavid tərəddüd içərisində qalmışdı. Bilmirdi ki, ey­nəyi Bəhrama versin, yoxsa geri qaytarsın... Fi­kirlərin dolanbacında dolana-dolana axır ki, bir qə­rara gəlib çıxa bildi. Fikirləşdi ki, hər halda ey­nəyi verməklə dostunun qəlbindəki ümid qığıl­cım­larını sönməyə qoymaz.

– Tapşırdığın eynəyi gətirmişəm, Bəhram!.. İstambuldan... Türkiyə eynəyini!.. Qorxma, onun­la yaxşı görəcəksən!.. O alçaqları indi daha yaxşı nişan alacaqsan. Sağal qurtar, özüm də gəlib sə­ninlə döyüşə gedəcəm!..

Cavid Bəhramla bir xeyli söhbətləşdi. Sonra ayağa qalxdı:

– Qardaş, sənə şəfa diləyirəm, möhkəm ol! Beş-on gündən sonra yanına yenə qayıdıb gələ­cəm, dedim də, birlikdə gedəcəyik döyüşə!

...Cavidin gedişindən sonra palata yenidən sükuta qərq olmuşdu. Bəhramın qaranlıq dünyası sanki bir az da qatılaşmışdı. O, kətildə əyləşib də­rin fikrə dalmışdı. Dostunun Türkiyədən gətirdiyi ey­nə­yi bərk-bərk ovcunun içində tutub, arabir əlləriylə ona sığal çəkirdi. Dərin xəyalların ağu­şun­da eynəyi gözünə taxacağı günü səbirsizliklə göz­ləyirdi... Axı qisas günü hələ qabaqdaydı... Düşü­nürdü ki, Türkiyədən gətirilən eynəklə yağılara daha sərrast atəş açacaq...

Anar: "Sözün açığı, mən də razı olardım, amma Yusif bunu etmədi" - Müsahibə Bədii ədəbiyyatda ənənə nə deməkdir? - Cavanşir Yusifli Rusiyalı aktyor vəfat etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri