Icma.az
close
up
RU
Eyni amalın iki müəllifi: Heydər Əliyev və İlham Əliyevin dövlətçilik fəlsəfəsində paralellər

Eyni amalın iki müəllifi: Heydər Əliyev və İlham Əliyevin dövlətçilik fəlsəfəsində paralellər

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanın müasir dövlətçilik tarixi bir-birini tamamlayan iki böyük epoxadan ibarətdir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən yeni zirvələrə daşınır.
Bu iki liderin çıxışlarını, bəyanatlarını və siyasi qərarlarını təhlil etdikdə bir həqiqət ortalığa çıxır: Sözlər fərqli zamanlarda deyilsə də, qaynaq və hədəf eynidir.
32gun.az  hər iki liderin dövlətçilik irsindəki sarsılmaz oxşarlıqlar və tarixi sitatları təqdim edir:

Milli Qürur və Azərbaycançılıq İdeologiyası
Ulu öndər daim azərbaycançılığı bir məfkurə kimi formalaşdırdı, Ali Baş Komandan İlham Əliyev isə bu məfkurəni qalib xalqın ruhu ilə zənginləşdirdi. Bununla da Qarabağ zəfəri tarixə qızıl hərflərllə həkk olundu.
Heydər Əliyev: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"
İlham Əliyev: "Bizim milli mənsubiyyətimiz bizim qürur mənbəyimizdir. Mən fəxr edirəm ki, azərbaycanlıyam!"
Müstəqilliyin "Əbədi" Düsturu
Hər iki lider müstəqilliyi xalqın ən böyük sərvəti hesab edərək onun geri dönməzliyini vurğulayıblar. Bunu onların daim çıxışlarında duymuşuq və fəxr etmişik. 
Heydər Əliyev: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır."
İlham Əliyev: "Azərbaycan heç vaxt indiki qədər müstəqil olmayıb. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir."
Ordu Quruculuğu: Güclü Ordu, Güclü Dövlət
Ulu Öndər hələ 90-cı illərdə ordunun vacibliyini qeyd edirdisə, Müzəffər Ali Baş Komandan həmin ordunu dünyanın ən müasir hərbi qüvvələrindən birinə çevirdi. Bu gün bu səbəbdən Azərbaycan ən güclü ölkələrdən biri kimi dünyada tanınır və sayılır.
Heydər Əliyev: "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır."
İlham Əliyev: "Əgər ordun yoxdursa, müstəqilliyin də sual altındadır. Biz güclü ordu yaratmışıq ki, öz sözümüzü deyək."

 İqtisadi Müstəqillik və "Güclü Dövlət" Konsepsiyası
Hər iki lider iqtisadiyyatı siyasətin təməli hesab edib.
Heydər Əliyev: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir."
İlham Əliyev: "İqtisadi müstəqillik bizim siyasi müstəqilliyimizin təməlidir. İqtisadiyyat güclü olmasa, heç bir siyasi uğurdan söhbət gedə bilməz."
Gəncliyə İnam: Sabahın Sahibləri
Gənclər siyasəti hər iki rəhbərin fəaliyyətində xüsusi yer tutur. Onları daim ölkəninn gələcəyi kimi görüblər. 
Heydər Əliyev: "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir."
İlham Əliyev: "Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Azərbaycanın gələcəyi onların əllərindədir."
Ana dilinə bağlılıq
Dilin qorunması hər iki lider üçün dövlət səviyyəsində bir namus məsələsi olub.
Heydər Əliyev: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir."
İlham Əliyev: "Ana dilimiz bizi bir xalq kimi qoruyub saxlayıb. Biz ana dilimizi göz bəbəyi kimi qorumalıyıq."
Şuşa və Qarabağ vəsiyyəti
Bu bəlkə də tarixin ən böyük mənəvi varislik nümunəsidir. Hər iki lider daim dövlətin, xalqın maraqlarını öndə tutub. Şuşanın, Qarabağ torpaqlarının gerçək sahiblərinə qaytarılmasının vacibliyini daim vurğulayıblar. 
Heydər Əliyev: "Şuşasız Azərbaycan, Laçınsız Azərbaycan yoxdur. Biz mütləq qayıdacağıq."
İlham Əliyev: "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşa, sən azadsan! Biz qayıtmışıq!"


32gun.az olaraq qeyd edirik ki, bu paralellər göstərir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sadəcə inkişaf etmir, həm də öz köklərinə, Heydər Əliyev ideologiyasına sadiq qalaraq tarixin ən qüdrətli dövrünü yaşayır. 30 il əvvəl deyilmiş "Biz qayıdacağıq" kəlamı, bu gün "Biz buradayıq və əbədi olacağıq" bəyanatı ilə tamamlanır.
Aygün İlqarqızı 
32gun.az-ın Baş Redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri