Icma.az
close
up
RU
Eyni anda iki işdə çalışmaq qanunla mümkündür? Açıqlama

Eyni anda iki işdə çalışmaq qanunla mümkündür? Açıqlama

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaşayış xərclərinin artması bir çox işçini ikinci iş axtarmağa sövq edir. Azərbaycan qanunvericiliyinə görə, işçi eyni vaxtda iki və ya daha çox iş yerində əmək müqaviləsi bağlayaraq işləyə bilərmi?  Əgər mümkündürsə, bunun üçün hansı hüquqi tələblər və məhdudiyyətlər mövcuddur?

Moderator.az-a danışan vəkil Vüsal Cəfərov deyib ki, əmək münasibətlərində əsas prinsip ondan ibarətdir ki, işçi, əmək müqaviləsi ilə müəyyən edilmiş iş rejiminə zidd olmadığı təqdirdə, əsas iş yerindəki iş vaxtını başa vurduqdan sonra həm həmin müəssisədə, həm də digər təşkilatlarda əvəzçilik əsasında əmək fəaliyyətini davam etdirə bilər:

“Əmək Məcəlləsinin 58-ci maddəsinə görə, işçinin əmək kitabçası yalnız əsas iş yerində saxlanılır. Buna görə də, əvəzçiliklə bağlanan müqavilə üzrə çalışılan müəssisə əlavə iş yeri hesab olunur, əmək kitabçasının olduğu müəssisə isə əsas iş yeri statusunu qoruyur. Əlavə iş yerində çalışan işçinin həftəlik iş saatı əsas normanın yarısını aşmamalıdır. Əgər əlavə iş əsas iş vaxtından kənarda həyata keçirilirsə, işəgötürəndən icazə tələb olunmur. Lakin əlavə iş, əsas iş yerinin müəyyən etdiyi iş rejiminə daxil olursa, bu halda işçinin işəgötürənə yazılı müraciət etməsi və icazə alması zəruridir.

Zərərli və ya ağır əmək şəraitində çalışan şəxslərin eyni xarakterli digər iş yerində çalışmasına yol verilmir. Bununla yanaşı, əlavə iş yerində fəaliyyət göstərən işçi ilə mütləq əmək müqaviləsi bağlanmalı və həmin müqavilə “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək hüquqi qüvvə qazanmalıdır”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:411
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri