Sevmədiyiniz işdə çalışmaq sağlamlığınıza ziyandır
Icma.az bildirir, Saglamolun portalına istinadən.
XƏBƏRDARLIQ
Böyük Britaniyada aparılan araşdırma göstərib ki, sağlamlıq baxımından pis işdə işləmək işsiz qalmaqdan daha təhlükəlidir. Tədqiqat Beynəlxalq Epidemiologiya Jurnalında (International Journal of Epidemiology) dərc olunub.
Araşdırmada 2009–2010-cu illərdə iqtisadi böhran səbəbilə işlərini itirən 35–75 yaş arası 1000 nəfər iştirak edib. İllər ərzində bu insanlar mütəmadi olaraq tibbi müayinələrdən, qan analizlərindən və digər sağlamlıq yoxlamalarından keçib. Nəticədə məlum olub ki, pis iş şəraitində çalışanlar arasında xroniki stress əlamətləri daha çox müşahidə olunur.
Alimlər bildirir ki, yalnız məşğulluq səviyyəsini artırmaq deyil, həm də iş keyfiyyətini yaxşılaşdırmaq vacibdir. Əks halda, “işləmək” bəzən sağlamlığa daha çox zərər verə bilər.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 05 İyul 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















