Eyni qıza aşıq olan iki zabitin mübahisəsində 14 nəfər öldü
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Cənubi Sudanda qız üstündə yaranan mübahisə itkilərlə döyüşə çevrilib.
Hər şey biri prezidenti, digəri isə müxalifət liderini dəstəkləyən iki zabitin mübahisəsi ilə başlayıb. Şayiələrə görə, onlar eyni qıza aşiq olduqlarını aşkar ediblər.
Müxalifət liderini dəstəkləyən zabit prezident tərəfdarını güllələyib. Daha sonra mühafizəçilər atəş açıb. Bazarda başlayan dava daha sonra nəzarət-buraxılış məntəqələrinə və kazarmalara keçib.
Ən azı 14 hərbçi həlak olub: altısı müxalifət bölməsindən, səkkizi isə Cənubi Sudan Silahlı Qüvvələrindən. Bir mülki vətəndaşın, daha beş əsgərin isə yaralandığı bildirilir.

İranda DƏHŞƏTLİ QƏZA: 14 nəfər öldü
30 Mart 2025 23:23
Qanada vəba epidemiyası 14 nəfər öldü
15 Dekabr 2024 11:47
Zabitin atası da eyni səbəbdən ölübmüş... Fotolar
22 Avqust 2025 16:57
İsrailin Qəzzaya zərbələri nəticəsində 14 nəfər ÖLDÜ
20 Sentyabr 2025 15:32
14 il sonra eyni libasda…
10 May 2025 14:33

