Icma.az
close
up
RU
Qanada vəba epidemiyası 14 nəfər öldü

Qanada vəba epidemiyası 14 nəfər öldü

Qanada vəba epidemiyasından 14 nəfər ölüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Xidmətlərinin qərb əyaləti üzrə regional direktoru Yav Ofori Yeboa yerli mətbuata açıqlamasında vilayətin 8 rayonunda vəba epidemiyasının tüğyan etdiyini deyib.

O, bu bölgələrdə 800-dən çox insanın vəbaya yoluxduğunu bildirib.

Epidemiya ilə mübarizə çərçivəsində pulsuz müalicəyə başlanılıb. Yeboah sakinlərə vəbaya yoluxma ilə şübhəli halların olduğu təqdirdə dərhal səhiyyə müəssisələrinə müraciət etmələrini məsləhət görüb.

"Şəxsi gigiyena çox vacibdir, əllərimizi və yediyimiz yeməkləri yumalıyıq. Əgər bunları etməsək, daha çox insan itirəcəyik”, - Yeboa vətəndaşları xəstəliyə qarşı mübarizə çərçivəsində əsas ehtiyat tədbirləri görməyə çağırıb.

Qida və su ilə ötürülən bakteriyaların yaratdığı vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə edilmədikdə ölümcül ola bilər.

seeBaxış sayı:17
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri