Icma.az
close
up
RU
Əynimdə köhnələn ömürə baxıb

Əynimdə köhnələn ömürə baxıb

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Əlirza HƏSRƏT

Tərsinə uçuram

Əynimdə köhnələn ömürə baxıb

Xatirə-xatirə göynəyim bir az.

Bilmirəm hayandan açım yaxamı,

Əynimə dar gəlir köynəyim bir az.

Sevgi süni peykim, ürək Yer kürəm,

Yaşanmış günlərdir bu ömür kirəm.

Yazıb-oxuyanda yaxşı görmürəm,

Gözümə pis düşür eynəyim bir az.

Tərsinə uçuram, dönməyim üçün,

Göz yaşı bəsimdir sönməyim üçün.

Hikmətli danışıb-dinməyim üçün,

Qoy sözü ağzımda çeynəyim bir az.

Saxlayır

Götürüb qaçmağa zalım dünyadan

Hərə öz çiynində bir baş saxlayır.

Daha yaş saxlamır gözlər də elə,

Gözləri gözdəki qan-yaş saxlayır.

Hayana baxırsan uçan xalçadı,

Bulud baş qoymağa nimdaş nalçadı.

Göy üzü min yerdən paramparçadı,

Göyü dimdiyində bayquş saxlayır.

Günəş gözün süzür, Göy ləkəlidir,

Hamı bir-birinin daş heykəlidir.

Eh, indi enmək də təhlükəlidir,

Bizi qalxdığımız yoxuş saxlayır.

Güllərin hamısı sarıdı burda

Getdiyim cığır da yarıdı burda,

Bu hansı sevdanın barıdı burda?

Güllərin hamısı sarıdı burda,

De, sənə nə qədər çiçək götürüm?

Burda dayanacaq yoxdur durmağa,

Ahınla nişan al, məni vurmağa.

Bu eşqə hər izdən heykəl qurmağa,

Yerdən ayağımı tək-tək götürüm.

Sənsən yol ayrıcı bu eşqin pəri,

Gəl, qoşa düşüncə ataq bu zəri.

Saralıb tökülən xatirələri,

Bir badə göz yaşı içək, götürüm.

Yatmış şahzadə

Aləm sənin tamaşana yığışıb,

Nə yatıbsan, ay şahzadə, belə, de?!

Gözlərində gecələyən yuxunu,

Dur qadası, suya danış, selə de.

Kimdə var ki belə şöhrət, belə şan?

Bu sevdaya mən nökərəm, sənsə xan.

Xumarlanıb Günəş öpür saçından,

Pəncərəni aç, bu xəbəri yelə de.

Dodağımdan dər bir kəlmə söz, baxım,

Dözə bilsən bu həsrətə döz, baxım.

Yandır məni, necə düşür köz, baxım,

Əlirzanı döndərmişəm külə, de!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyun 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri