Icma.az
close
up
RU
Yeniyetmələr seriala baxıb dalaşıb?

Yeniyetmələr seriala baxıb dalaşıb?

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl Sumqayıtda bir qrup yeniyetmənin davasından sonra sosial şəbəkələrdə yenidən tanış bir müzakirə başlayıb:

Günahkar kimdir?

Və ən asan hədəf kimi son günlərin müzakirəsi olan “Mikrorayon” serialı göstərilir.

Guya uşaqlar seriala baxıb kriminal həyat tərzini mənimsəyiblər, nəticədə də dava ediblər.

Bu yanaşma həm səthi, həm də təhlükəlidir.

Əgər bir neçə yeniyetmənin davasını bir serialla izah etmək mümkündürsə, onda bəşər tarixində baş vermiş minlərlə küçə davasını hansı serialla izah edəcəyik? “Mikrorayon”dan əvvəl yeniyetmələr dava etmirdi? Məktəblərdə zorakılıq yox idi? Məhəllə qarşıdurmaları yaşanmırdı? Əlbəttə, var idi.

İnsan davranışı bir televiziya məhsulundan qat-qat mürəkkəb hadisədir. Ailə mühiti, təhsil sistemi, sosial vəziyyət, küçə mədəniyyəti, dost çevrəsi, internet məzmunu və fərdi psixoloji faktorlar kimi onlarla səbəb bir yeniyetmənin davranışına təsir edir. Bütün bunları kənara qoyub məsuliyyəti bir serialın üzərinə yıxmaq problemi həll etmək yox, problemdən qaçmaqdır.

Üstəlik, kriminal mövzuların sənətdə işlənməsi yeni hadisə deyil. Dünya kinosunun və ədəbiyyatının ən məşhur əsərləri cinayət, zorakılıq, mafiya və küçə həyatından bəhs edib. İnsanlar onilliklərdir gangster filmlərinə, detektiv seriallara, müharibə filmlərinə baxırlar. Heç kim ciddi şəkildə iddia etmir ki, hər tamaşaçı filmə baxdıqdan sonra cinayətkar olur.

Bu məntiqi sonadək aparsaq, onda bütün kriminal romanları, bütün detektiv filmləri və bütün müharibə mövzulu əsərləri qadağan etməliyik. Çünki onların hamısında zorakılıq var. Halbuki sənətin vəzifəsi yalnız ideal insanları göstərmək deyil, cəmiyyətin qaranlıq tərəflərini də göstərməkdir.

“Mikrorayon” serialını tənqid etmək olar. Hətta lazımdır. Amma bu tənqid sənət müstəvisində olmalıdır. Məsələn, serial hansı estetik yanaşmanı seçir? Kriminal mühiti romantikləşdirirmi? Personajların əməllərinin nəticələrini kifayət qədər göstərirmi? Dramaturgiyası nə qədər güclüdür? Sosial problemləri nə dərəcədə dərindən təqdim edir? Bunlar sənətə aid suallardır.

Amma “iki uşaq dava edib, deməli səbəb serialdır” məntiqi nə elmi, nə də məntiqli yanaşmadır.

Ən asanı ekrandakı obrazı günahlandırmaqdır. Ən çətini isə cəmiyyətin öz problemlərinə baxmaqdır. Çünki dava edən yeniyetmələri serial yaratmayıb. Onları bu cəmiyyət, bu mühit, bu reallıq formalaşdırıb.

Bir serialı bəyənməmək mümkündür. Onun bədii keyfiyyətlərini tənqid etmək də mümkündür. Ancaq hər sosial problemin günahını sənətin üzərinə atmaq köhnə vərdişdir. Cəmiyyət öz məsuliyyətini qəbul etmədikcə isə nə seriallar dəyişəcək, nə də problemlər azalacaq.

Elmar
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 İyun 2026 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri