Icma.az
close
up
RU
Əzəli yurdumuz olan Qərbi Azərbaycan həm də zəngin milli və tarixi irsimizin diyarıdır MÜSAHİBƏ

Əzəli yurdumuz olan Qərbi Azərbaycan həm də zəngin milli və tarixi irsimizin diyarıdır MÜSAHİBƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 31 iyul, Ceyhun Xəlilov, AZƏRTAC

Qərbi Azərbaycan torpaqlarına bağlılıq yalnız coğrafi məsələ deyil, xalqımızın tarixlə, yaddaşla və mənəvi köklərlə dərin əlaqəsini ifadə edir. Bu torpaqlar soydaşlarımızın zəngin mədəniyyətinin, ənənələrinin və dəyərlərinin məkanı olmaqla yanaşı, gələcək nəsillərə ötürülməsi vacib olan mirasıdır. Bu mirasa yenidən sahiblənmək üçün qayıdış tarixi zərurətdir. Bu baxımdan, qayıdış məsələsi günümüzün ən vacib reallığıdır.

Bu mövzuda AZƏRTAC-a müsahibə verən Qərbi Azərbaycan İcmasının Cəlaloğlu və Hamamlı rayon icmalarının sədri, fəlsəfə doktoru, Əməkdar mühəndis Nəbi Ramazanlı bu rayonların zəngin tarixi və mədəni irsindən, orada yaşamış soydaşlarımızın həyatından və qayıdış prosesinin sosial-mədəni aspektlərindən danışıb. Müsahibəni təqdim edirik.

-Nəbi müəllim, Hamamlı və Cəlaloğlu rayonlarında əsrlər boyu formalaşmış yaşayış tərzi, ənənələr və toponimlər hansı xüsusiyyətlərə malik olub? Bu xüsusiyyətlər zamanla hansı dəyişikliklərə məruz qalıb? Bildiyimə görə, bu bölgədə hətta tarixi yer adları da dəyişdirilib.

- Əvvəlcə qeyd edim ki, Qərbi Azərbaycan İcmasının bir qolu olan Hamamlı və Cəlaloğlu rayon icmalarının üzərinə bu gün böyük və şərəfli bir məsuliyyət düşür. Bizim missiyamız yaşadığımız Pəmbək, Loru mahallarında, həmçinin ətraf ərazilərdə məskunlaşmış insanların yaxın və uzaq keçmişini araşdıraraq, onları tarixin yaddaşına doğru şəkildə həkk etməkdir. Bu, təxirəsalınmaz və olduqca vacib bir vəzifədir.

Cəlaloğlu rayonu Qərbi Azərbaycanın Pəmbək mahalının ərazisinə düşür. Bu rayon coğrafi baxımdan xüsusilə diqqətəlayiqdir. Buranın ərazisindən Tona çayı keçir və rayonun bir hissəsi Bazum dağ silsiləsi ilə əhatə olunub. Tarixi sənədlərə görə, 1931-ci il oktyabrın 1-də rayonun ərazisi 1365 kvadrat kilometr idi ki, bu da Qərbi Azərbaycan ərazisinin təxminən 4,6 faizini təşkil edirdi. Sonrakı illərdə rayonun ərazisində müəyyən azalmalar olub. 1948-ci ildə isə bu ərazidə rayon mərkəzli Cəlaloğlu şəhəri və 20 kənd mövcud idi.

Bu ərazilərin coğrafi xüsusiyyətləri ilə yanaşı, burada yaşayan xalqın həyat tərzi, ənənələri və sosial durumu da özünəməxsus idi. Qədim dövrlərdən bəri bu torpaqlarda böyük əksəriyyət türk-müsəlman əhali olub. Lakin XX əsrin əvvəllərində və sovet dövründə regionda etnik balans dəyişməyə başladı. Bu dəyişikliklər yalnız demoqrafik göstəricilərdə deyil, həm də sosial münasibətlərdə, yerli idarəçilikdə və mədəniyyət sahəsində öz əksini tapdı. Sovet hakimiyyəti dövründə həyata keçirilən məcburi deportasiyalar, məskunlaşdırmalar və etnik siyasət bölgənin ictimai həyatını əsaslı şəkildə dəyişdirdi və bunun mənfi nəticələri ən çox bizə - türk-müsəlman əhaliyə təsir etdi.

Bizə psixoloji təsir göstərmək, bu yurdun onlara “məxsus olduğunu” sübut etmək üçün Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarları ilə yerlərin - rayon daxilində kəndlərin və şəhərlərin adları da dəyişdirilirdi. Məsələn, Hamamlı yaşayış məskəni XVII əsrdə yaranıb və adı burada yerləşən çoxlu sayda tarixi hamamların, müalicə əhəmiyyətli mineral bulaqların mövcudluğuna görə “Hamamlı” adlandırılıb. Rayon kimi isə 1937-ci il dekabrın 31-də rəsmiləşdirilib. Ancaq 1949-cu il oktyabrın 26-na qədər “Hamamlı” adı ilə tanınan rayon, həmin tarixdən sonra “Spitak” adlandırıldı.

Keçmişdə bu ərazinin hamısında azərbaycanlıların yaşadığı 24 kənd var idi. Onlardan bəziləri 1918–1920-ci illərdə ermənilər tərəfindən dağıdılmış, digərlərinin isə əhalisi SSRİ dövründə Azərbaycana köçürülmüşdür. Nəticədə 1988-ci ildə yalnız 4 kənd, - Qursalı, Saral, Qızılörən və Ağbulaq, - azərbaycanlıların yaşadığı kəndlər olaraq qalmışdır.

Cəlaloğlu rayonunda 1931-ci ildə 47 mindən çox əhali yaşayırdı. Onların təxminən 4 min nəfərdən çoxu Cəlaloğlu qəsəbəsində, qalanları isə kəndlərdə məskunlaşmışdı. 1988-ci ilə qədər bu ərazilərdə azərbaycanlılar yaşayırdı, lakin həmin ildə bu torpaqları tərk etməyə məcbur oldular. Həmçinin bu ərazilərin adlarını süni şəkildə dəyişdirməyə və tarixi yaddaşdan silməyə çalışıblar. Məsələn, Cəlaloğlu rayonu Stepanavan, Qoturbulaq Katnaxpyur, Heydərbəy isə Sverdlov adlandırılıb.

Bizim məqsədimiz bu tarixi həqiqətləri unutmamaq, gələcək nəsillərə ötürmək və həmin bölgələrin Azərbaycan xalqının mədəni irsindəki yerini vurğulamaqdır.

-Hamamlı və Cəlaloğlu rayonlarının əhalisi deportasiya kimi hansı tarixi çətinliklərlə üzləşiblər? Deportasiya və qaçqınlıqla bağlı hansı xatirələriniz var?

- Qeyd edim ki, XIX əsrin ortalarından etibarən Hamamlıya xaricdən ermənilərin köçürülməsinə başlanmış və əhali qarışıq yaşamış, zamanla azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə rayonun əhalisi artıq tam olaraq erməniləşdirilmişdir. Bu, təzyiqin birinci tərəfi. Söhbətimizin əvvəlində də biz psixoloji təzyiqlərdən, yer adlarının dəyişdirilməsindən, tarixin saxtalaşdırılmasından danışdıq. Amma bu təzyiq yalnız psixoloji deyildi, fiziki şəkildə də davam edirdi, özü də illər boyu. Bunlar təkcə ötən əsrin sonlarında baş vermiş hadisələr deyil, daha da qədimdən başlayan bir qısqanclıq, xainlik məsələsi idi. 1905-1906-cı, 1915-1918-ci illərdəki qırğınlar, sovet dönəmində 30-cu illərin repressiyası, 1948-1953-cü, nəhayət 1987-1991-ci illər deportasiyaları təkzibolunmaz faktlar sırasındadır. Təbii ki, sadaladığım bu illərdən başqa da azərbaycanlılara qarşı vaxtaşırı terror hadisələri törədilirdi. Məsələn, yaxşı yadımdadır, 1979-cu ildə Qursalı kəndinin sakini Novruz Məmmədovun xanımı Ağabacı Məmmədova və 25 yaşlı oğlu Aydın erməni quldurları tərəfindən odlu silahdan atəş açılaraq qətlə yetirildi, Novruz Məmmədov isə yaralanaraq ömrünün sonunadək əlil qaldı.

Ötən əsrin 80-ci illərində isə bu terror aktları, amansızlıqlar planlı, sistemli hal almağa başladı. Məsələn, 1988-ci il dekabrın 5-də daşnak terror qruplaşması insanlıq əleyhinə, vəhşi bir cinayət həyata keçirdi. Hamamlı şəhərində 17 azərbaycanlı uşağı iri diametrli boruya doldurub, borunun hər iki başına dəmir lövhələr qaynaq edərək uçurumdan yuvarladılar. Ümumilikdə bu üsulla 90 nəfərədək uşaq həyatını itirdi. Qonşu Saral kəndinin əhalisi isə 1988-ci ildə SSRİ silahlı qüvvələrinin iştirakı ilə köçürülərkən Həmzəçimən kəndi ərazisində quldur basqınlarına məruz qalmış və talan edilmişdi. 1989-cu il iyunun 9-da isə Hamamlıya zəlzələ nəticəsində dağılan mülkünün sığorta pulunu almağa gedən dinc sakin Rəhim Daşdəmirov daşnak terrorçuları Sergey Poqosyan və Sergey Mədətyanın hücumuna məruz qaldı, armaturla döyülərək qəddarcasına qətlə yetirildi.

Hətta ermənilərin bizə olan nifrəti rayon, ölkə ərazisi ilə məhdudlaşmırdı. Məsələn, Qursalı kəndindən olan 24 yaşlı Bəxtiyar Lətif oğlu Həbilov Rusiyanın Krasnodar vilayətində erməni quldurlar tərəfindən vəhşicəsinə öldürüldü.

Bu cür hadisələrin nəticəsində 1988-ci ildə Cəlaloğlu rayonunda artıq cəmi 7 kənddə az sayda azərbaycanlı ailələr qalmışdı. Ümumi götürəndə bu ailələrin sayı heç 100-ü keçmirdi. Belə halların Qərbi Azərbaycanın hər bir yaşayış məntəqəsində baş verməsi bölgədəki vəziyyətin ciddiliyini göstərirdi.

Beləliklə, bu zorakılıqlar və etnik təmizləmə siyasəti regionda dinc yaşayış mühitinin pozulması ilə nəticələndi. Azərbaycanlıların bu torpaqlardan məcburi köçürülməsi təkcə fiziki itki deyildi, həm də tarixi yaddaşın, mədəniyyətin, eləcə də ailələrin köklərinin zədələnməsi idi. Bu mənada, tarixi faktların düzgün araşdırılması və sənədləşdirilməsi, qurbanların xatirəsinin yaşadılması həm milli birliyin qorunması, həm də gələcəkdə bənzər faciələrin qarşısının alınması baxımından vacibdir.

- İcmanın gələcəyi ilə bağlı nə düşünürsünüz? Sizcə bu prosesdə üzərimizə hansı vəzifələr düşür?

- Müasir dövrdə Qərbi Azərbaycan İcması həm milli yaddaşın qoruyucusu, həm də Azərbaycanın siyasi və mədəni mövqeyinin gücləndirilməsində önəmli aktor rolunu oynayır. Diasporun gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımızın vətənpərvərliyinin yüksəldilməsi, mədəni tədbirlərin təşkili və tarixi irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlər görülür. Qərbi Azərbaycan İcmasının fəaliyyəti həmin torpaqlara qayıdış prosesinin mütəşəkkil aparılması üçün mühüm zəmin yaradır.

2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün sonra Qələbə ilə başa çatan Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı bizi dövlətimizin başçısının ətrafında daha sıx birləşməyə çağırır. Hesab edirəm, Qərbi Azərbaycan İcması ölkəmizin bölgədə ən nüfuzlu dövlət olaraq qalmasında güclü diaspor rolunu oynayacaqdır. Bunun üçün bizim üzərimizə mühüm vəzifələr düşür. Biz bölgə haqqında, orada yaşamış xalqımız barədə dürüst və dolğun məlumatların toplanmasında, onların milli-mədəni irsinin qorunaraq tarixi yaddaşa ötürülməsində fəal iştirak etməliyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see223

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see209

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see127

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Ağstafada yol qəzası ölümlə nəticələndi

06 Avqust 2025 08:56see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see110

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri