Icma.az
close
up
RU
Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 21 may, AZƏRTAC

Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfransın Ankarada baş tutması Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın qayıdış hüququnun Türkiyə ictimaiyyətinə çatdırılması yolunda çox mühüm rol oynayacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli səsləndirib.

Mayın 21-də Türkiyə paytaxtında keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda konfransın əhəmiyyətini vurğulayan Əziz Ələkbərli əmin olduğunu bildirib ki, qardaş Türkiyə bütün sahələrdə olduğu kimi, Qərbi Azərbaycan məsələsində də ölkəmizin yanında olacaq.

Həm erməni zülmündən, həm də sovet rejimindən qaçan çox sayda Qərbi azərbaycanlı soydaşımızın vaxtilə Türkiyəyə köçdüyünü diqqətə çatdıran İcma rəhbəri deyib: “Belə insanların sayı milyonlarladır. Onlar Qərbi Azərbaycana qayıdış ideyasının təbliğində mühüm rol oynaya bilər və bu istiqamətdə aparılan işlərə cəlb olunmalıdır”.

O bildirib ki, Qərbi Azərbaycan İcması yarandığı gündən bəri qarşısındakı ilk vəzifələrdən biri Qərbi Azərbaycan həqiqətlərini, bu bölgədən müxtəlif dövrlərdə qovulmuş insanların qayıdış hüquqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

“Belə böyük tədbirlərin Ankara ilə yanaşı, Türkiyənin başqa şəhərlərində də keçirilməsini planlaşdırırıq. Artıq bu istiqamətdə işlər gedir”, - deyə İcma rəhbəri ifadə edib.

O, həmçinin qeyd edib ki, xarici ölkələrdə Qərbi Azərbaycan icmasının nümayəndəliklərinin açılması məsələsi gündəmdədir.

İcma rəhbərinin sözlərinə görə, artıq Avropanın müəyyən ölkələrində nümayəndəlikləri açılıb və fəaliyyət göstərir. “Buna misal kimi Fransa və Niderlandı göstərə bilərəm. Şübhəsiz ki, biz hələ yolun başlanğıcındayıq. Nümayəndəliklər sadəcə Qərbi azərbaycanlıların yaşadıqları ölkələrdə deyil, bütün dövlətlərdə açılmalıdır. Biz bunda maraqlıyıq. Çünki bu, Azərbaycanın ümummilli məsələsidir, bu Türk dünyasının məsələsidir”, - deyə Ə. Ələkbərli vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri