Icma.az
close
up
RU
Əziz Ələkbərov: Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq

Əziz Ələkbərov: Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın zamanlarda Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov bu gün Ankarada keçirilən "Qərbi Azərbaycana qayıdışın insan hüquqlarının aliliyinin mühüm şərti kimi" adlı beynəlxalq konfransdan sonra bildirib. 

İcmanın yarandığı gündən qarşısında duran əsas məqsədin Qərbi Azərbaycan həqiqətlərini və onların qayıdış hüquqlarını beynəlxalq aləmə çatdırmaq olduğunu vurğulayan millət vəkilinin fikrincə, həmişə Azərbaycanın yanında olan Türkiyə Qərbi azərbaycanlılar mövzusunda da bizi dəstəkləyəcək: "Qərbi Azərbaycandan həm erməni zülmündən, həm də Sovetlər dönəmindən başlayaraq Türkiyəyə pənah gətirən həmvətənlərimiz çox olub və onların sayı milyonlarladır. Onların da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlər daha da aktivləşib. Artıq Türkiyədə də nümayəndəliyimizi açmağa hazırlıqlar başlayıb".

İndiyə qədər Türkiyənin başqa şəhərlərində Qərbi Azərbaycan mövzusunda elmi konfransların təşkil olunduğunu deyən millət vəkili bugünkü formatda beynəlxalq tədbirin bu ölkənin başqa vilayətlərində də keçiriləcəyini vurğulayıb: "Bakıda bu formatda iki böyük konfrans keçirilib, heç şübhəsiz ki, Türkiyədə də keçirilməli idi. Bu gün Türkiyədəki elm ictimaiyyətinin nüfuzlu nümayəndələri, beynəlxalq hüququn tanınmış mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının iştirakı ilə belə konfransın baş tutması önəmli hadisədir. Bu formatda tədbirlərin Türkiyənin başqa vilayətlərində də keçirilməsi hədəfimizdədir. Hesab edirəm ki, bu gün səslənən məsələlərin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində bu tədbirin çox böyük əhəmiyyəti olacaq".

İcma sədri Azərbaycanla yanaşı, bütün xarici ölkələrdə Qərbi Azərbaycan nümayəndəliyinin qurulması ilə bağlı fəaliyyətlərin olduğunu qeyd edib: "Fransada, Niderlandda nümayəndəliyimiz var. Digər ölkələrdə də yaradılacaq".

Ə.Ələkbərov qeyd edib ki, bugünkü formatda tədbirin Avropada da keçiriləcəyi planlaşdırılıb: "Qərbi azərbaycanlılarla bağlı oktyabrda Brüsseldə də konfrans keçiriləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 May 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri